Misirdə Yaxın Şərqin ən böyük farmasevtika təsisinin açılışı olub
Qahirə, 1 aprel, AZƏRTAC
Misirdə Yaxın Şərqin və Şimali Afrikanın ən böyük farmasevtika qurumu - “GYPTO Pharma” dərman şəhərciyinin açılışı olub. AZƏRTAC xəbər verir ki, mərasimdə ölkə Prezidenti Əbdülfəttah əl-Sisi iştirak edib.
Mərasimdə qeyd edilib ki, 180 min kvadratmetr ərazisi olan farmasevtika qurumunda Yaxın Şərq və Afrikaya ixrac ediləcək dərman preparatları istehsalına başlanılıb. Daxili dərman bazarında da ucuz qiymətə satılacaq farmasevtika məhsulları dünyanın ən məşhur “Pfizer”, “Roche”, “Novartis” və s. şirkətlərinin lisenziyası ilə buraxılacaq. Dərman şəhərciyinin ən yüksək texnologiyalarla təchiz edilməsində də bu şirkətlər fəal iştirak edib.
Prezident əl-Sisi qeyd edib ki, “GYPTO Pharma”nın sayəsində Misir Yaxın Şərqin dərman habına çevriləcək. Dövlət və özəl sektorun birgə mülkiyyətində olacaq dərman şəhərciyində yaxın gələcəkdə COVID-19 əleyhinə vaksin istehsalı da həyata keçirilə bilər. Hazırda burada yeni növ koronavirusun müalicəsində istifadə edilən dərman preparatları buraxılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]