Misli Premyer Liqası: "Qarabağ" doğma meydanda "Turan Tovuz"a məğlub olub
Bakı, 26 yanvar, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XX tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda “Turan Tovuz”u qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam klubunun yeganə qoluna 7-ci dəqiqədə Musa Qurbanlı imza atıb. Tovuz təmsilçisində 90-cı dəqiqədə Kauan, 90+4-cü dəqiqədə isə Otto Con fərqlənib.
Bu nəticədən sonra 50 xala malik "Qarabağ" ilk, xallarını 35-ə çatdıran "Turan Tovuz" isə 4-cü pillədə qalıb.
Günün ilk oyununda "Araz-Naxçıvan" "Neftçi"ni 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, XX turun açılış matçında “Zirə” səfərdə “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəlib. Digər görüşlərdə isə "Səbail" doğma meydanda "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib, "Sabah" - "Sumqayıt" qarşılaşmasında isə qolsuz heç-heçə qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]