Misli Premyer Liqası: “Neftçi” – “Sabah” oyununda qalib müəyyənləşməyib
Bakı, 19 yanvar, AZƏRTAC
Misli Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Neftçi” doğma meydanda “Sabah”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində 78-ci dəqiqədə Azər Salahlı avtoqol müəllifi olub. Cəmi 1 dəqiqədə sonra isə Andrey Ştoqrin hesabı bərabərləşdirib.
Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran “Neftçi” yeddinci yerə yüksəlib, “Sabah” isə 27 xalla beşinci sırada qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında “Qarabağ” “Şamaxı”ya 3:2, “Zirə” “Araz-Naxçıvan”a 1:0, “Səbail” “Sumqayıt”a 2:0, “Kəpəz” isə “Turan Tovuz”a 5:2 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində
- 07.08.2026 [12:25]
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb
- 07.08.2026 [12:08]