Misli Premyer Liqası: Yeddi qolun vurulduğu oyunda autsayder “Kəpəz” “Turan Tovuz”u məğlub edib
Bakı, 19 yanvar, AZƏRTAC
Misli Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Qərb derbisində autsayder “Kəpəz” “Turan Tovuz”la qarşılaşıb. Görüş Gəncə təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Kəpəz”in heyətində Yeqor Xvalko, Turan Manafov (2 qol), Mahamadu Ba və Kərim Lkoça fərqləniblər. “Turan Tovuz”un qollarını isə Kristian da Silva ilə Rəhim Sadıxov vurublar.
Bu nəticədən sonra xallarını 14-ə çatdıran “Kəpəz” yenidən 9-cu pilləyə yüksəlib. Tovuz klubu isə 32 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında “Qarabağ” “Şamaxı”ya 3:2, “Zirə” “Araz-Naxçıvan”a 1:0, “Səbail” isə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində
- 07.08.2026 [12:25]
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb
- 07.08.2026 [12:08]