Misli Premyer Liqasında XIX turun növbəti oyunları keçiriləcək
Bakı, 18 yanvar, AZƏRTAC
Bu gün futbol üzrə Misli Premyer Liqasında XIX turun növbəti oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşmasında "Zirə" Zirə İdman Kompleksinin stadionunda "Araz-Naxçıvan"ı qəbul edəcək. Əliyar Ağayevin idarə edəcəyi görüş saat 16:00-da start götürəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda isə "Sumqayıt" və "Səbail" komandaları üz-üzə gələcəklər. İnqilab Məmmədovun baş hakimi olacağı matç saat 18:30-da başlayacaq.
Naxçıvan təmsilçisi hazırda turnir cədvəlində 39 xalla ikinci, "Zirə" 30 xalla dördüncü pillədə qərarlaşıb. Aktivində 20 xalı olan "kimyaçılar" altıncı, 9 xala malik "Səbail" isə sonuncu - onuncu sırada yer alıb.
Qeyd edək ki, turun ötən gün keçirilmiş açılış matçında "Qarabağ" "Şamaxı"ya 3:2 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:29]