Mixail Qusman: Feyk xəbərlər sosial bəladır
Bakı, 26 oktyabr, AZƏRTAC
Feyk xəbərlər sosial təhlükə, sosial bəladır. Bu, təkcə ayrı-ayrı ölkələr üçün deyil, bütün dünya üçün bəladır. Bu problem bütün dünyanı əhatə edir.
AZƏRTAC xəbər verir ki, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bu fikirləri VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyada çıxışında söyləyib.
M.Qusman vurğulayıb: “Zərərli informasiya yayılmasının, hər gün baş verən informasiya hücumlarının məqsədi bəzi ölkələr arasında qarşıdurma yaratmaqdır. Biz buna hazır olmalıyıq. Ənənəvi media vasitələri bu bəlaya qalib gəlmək üçün qarşılıqlı fəaliyyət göstərməlidirlər. Biz istəsək də, istəməsək də hamımız informasiya müharibəsinə cəlb edilmişik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]