Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mixail Qusman: Mən istəyirəm ki, Vətənim Azərbaycan çiçəklənsin

Moskva, 25 dekabr, AZƏRTAC

Dünya 2020-ci ili gözləyir. Yaranmış ənənəyə görə, təbii ki, başa çatan ilə ailələrdə, ölkələrdə, eləcə də dövlətlərarası münasibətlərdən söhbət gedəndə yekun vurulur. Rusiya ilə Azərbaycan arasında münasibətlərə gəlincə isə uzun illər ərzində əlaqələr, müxtəlif tədbirlər, praktiki işlərlə bu dərəcədə zəngin il xatırlamıram. İlk növbədə, ölkələrimizin prezidentləri Vladimir Putinlə İlham Əliyev arasında çox intensiv dialoq qeyd edilməlidir.

Bu sözləri Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, həmvətənimiz Mixail Qusman AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib. O bildirib ki, dövlət başçıları arasında intensiv dialoq sadəcə formal görüşlərdən ibarət deyil. Bu dialoqun harada - Rusiya ərazisində, Azərbaycanda və ya beynəlxalq müstəvidə keçirilməsindən asılı olmayaraq, onların hər birinin məzmunu çox dərindir. Y.Qusman deyib: “Yeri gəlmişkən, Azərbaycan və Rusiya prezidentləri beynəlxalq tədbirlərdə görüşəndə, demək olar, hər dəfə ikitərəfli danışıqlar üçün vaxt tapırlar. Bu, heç də hamıya nəsib olmur və hər kəsdə alınmır. Son vaxtları götürsək, belə görüşlər Aşqabadda, Valdayda, Sankt-Peterburqda keçirilib. Bütün bunlar sadəcə bir zəncirin halqaları deyil, bir görüşün digərini tamamladığı çox mühüm siyasi pazldır. Hər belə görüşdən sonra impulslar, müvafiq strukturlar yaranır, dövlət orqanları bu və ya digər istiqamətdə daha fəal işləməyə başlayırlar. Statistikaya baxsaq, onun öz dolğunluğu, yüksələn xətt üzrə getməsi ilə güclü təəssürat oyatdığını görərik. Bütün istiqamətlərdə - iqtisadiyyatda, mədəniyyət və turizm sahələrində, insani münasibətlərdə əlaqələrimiz genişlənir. Bu gün ölkələrimiz arasında belə əlaqələrin olmasına biz yalnız sevinə bilərik”.

Mixail Qusman Moskvada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşünün təəssüratlarını bölüşüb.

Xatırladaq ki, Mixail Qusman Birinci vitse-prezident Mehriban Əliyevadan Rusiyaya səfərinin yekunlarına dair böyük müsahibə götürüb.

O deyib: “İlk növbədə, bu fürsətdən istifadə edib, mənim üçün doğma olan TASS agentliyinə, Rusiya televiziyasına müsahibə verdiyinə görə Mehriban xanıma təşəkkür etmək istəyirəm. Onun Moskvaya səfəri son dərəcə məzmunlu, Moskvada olduğu müddətdə keçirilən tədbirlərin, görüşlərin cədvəli inanılmaz dərəcədə gərgin idi. Bu cür gərgin cədvələ davam gətirmək olduqca çətin idi. Buna görə də həmin fürsətə görə ona bir daha təşəkkür etmək istəyirəm. Bu, bir növ onun səfərini yekunlaşdıran son nöqtə idi, o baxımdan ki, Mehriban xanım Moskvaya səfərinin nəticələrinin aspektlərini düzgün müəyyənləşdirmişdi. O, diqqətəlayiq məqamlardan çox obrazlı şəkildə danışdı. Biz bu səfər barədə danışmaqdan yorulmuruq, çünki onun əhəmiyyəti protokol xarakterli rəsmi səfər çərçivəsindən çox kənara çıxır. Qonşu və qonşu olmayan ölkələrdə müşahidə etdiyimiz müxtəlif siyasi vəziyyətlər fonunda Azərbaycanın rəhbərlərindən birinin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu əlamətdar səfəri, onun Rusiyada keçirdiyi görüşlər ölkələrimizin saysız-hesabsız bədxahlarını müəyyən mənada qıcıqlandırıb. Rusiya Azərbaycana münasibətini çox dəqiq, çox açıq və səmimi nümayiş etdirib. Rusiya rəhbərliyi, ilk növbədə, Prezident Vladimir Putin bu ölkənin Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti göstərib”.

Azərbaycanda aparılan islahatları böyük diqqətlə izlədiyini vurğulayan həmvətənimiz daha sonra deyib: “Əlbəttə, bütün bunlar Azərbaycana biganə olmayan hər kəsdə böyük maraq doğurur. İlham Əliyevin elan etdiyi islahatlar, Azərbaycanın inkişafına dinamika vermək kursu, şübhəsiz, komandanın yenilənməsi ilə bağlıdır, çünki İlham Heydər oğlu və Mehriban xanım öz böyük liderlik keyfiyyətləri ilə birlikdə komandaya arxalanmalıdırlar. Bu, öz liderlərini başa düşən, Azərbaycan Prezidentinin barəsində danışdığı islahatlara istiqamət götürmüş mütəşəkkil və vahid komanda olmalıdır. İlham Əliyev ölkəyə başçılıq etdiyi illərdə artıq dünyaya parlaq nəticələr nümayiş etdirib, lakin bu, yetərli deyil. Müasir çağırışlar yeni nəticələr, yeni nailiyyətlər tələb edir və zənnimcə, İlham Əliyev və Mehriban Əliyeva ölkəni məhz buna yönəldirlər. Düşünürəm ki, həmin islahatları diktə edən də məhz budur. Hesab edirəm ki, yeni kadrlar arasında Azərbaycanın müasir dövlət xadimlərinin görkəmli nümayəndələri var. Bütün bunlar o deməkdir ki, ölkə qarşısında duran vəzifələri birlikdə, mütəşəkkil şəkildə yerinə yetirmək lazımdır və hamı bunu gözləyir”.

Rusiyadakı Azərbaycan diasporundan danışan Mixail Qusman vurğulayıb ki, Rusiyada xeyli sayda həmvətənimiz yaşayır. O deyib: “Bəzi hesablamalara görə, söhbət müxtəlif səbəblərdən burada yaşayan milyonlarla insandan gedir. Mən, xüsusən, Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən Moskvada keçirilən tədbirlərdə tez-tez öz dostlarımı, həmvətənlərimi görürəm. Yeri gəlmişkən, səfir Polad Bülbüloğlu həmvətənlərimizi Azərbaycanın tarixi günləri ilə bağlı müxtəlif tədbirlərə toplamağa çox böyük diqqət yetirir. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov bu yaxınlarda Moskvaya səfər edib. Düşünürəm ki, o, səfər çərçivəsində keçirilən görüşlərdə çox mühüm məsələlərdən xəbərdar oldu. Mənə belə gəlir ki, xüsusən Rusiyada həmvətənlərlə bağlı işdə yeni addımlar, yeni qərarlar və bəlkə də yeni insanlar tələb olunur. Zənnimcə, Rusiyada həmvətənlərin birləşməsinə böyük əhəmiyyət verilməlidir ki, ünsiyyət üçün daha geniş məkanlar olsun, daha çox tədbirlər keçirilsin. Bizim hamımızı bir məqam - tarixi Vətənə məhəbbət hissi, bu ölkənin inkişaf etməsi istiqamətində səylər birləşdirir. Bu, vaxtilə Con Kennedinin dahiyanə şəkildə dediyi kimi əbədi formuldur. C.Kennedi deyib: “Demə ki, vətən sənin üçün nə edə bilər, de ki, sən vətən üçün nə edə bilərsən”. Mən də müxtəlif səbəblərdən öz tarixi evindən uzaqda yaşayan həmvətənlərə demək istəyirəm: “Demə ki, Azərbaycan sənin üçün nə edə bilər, de ki, sən Azərbaycan üçün nə edə bilərsən!”.

Mixail Qusman Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdıraraq deyib: “İnsan təbiətən hər şeyin yaxşı olacağına ümid bəsləyir. Hər dəfə yeni ildən çox yaxşı, fərəhli və işıqlı nə isə gözləyirsən. Balaca uşaqlar Yeni ilin birinci günü yuxudan oyananda yolkanın altında valideynlərinin, nənə-babalarının onlara bağışladıqları hədiyyələri tapırlar. Onlar belə bir ümidlə yaşayırlar ki, bütün il onun birinci günü kimi bayram əhval-ruhiyyəli olacaq. Tanrıdan uşaqlara da, böyüklərə də xoşbəxt və fərəhli bir il diləyirəm. Lakin problem bundan ibarətdir ki, - Mehriban xanım bunu çox düzgün qeyd etdi, - fərəhli günlər istər-istəməz o qədər də xoş olmayan, bəzən də kədərli günlərlə əvəzlənir və həyat da məhz bundan ibarətdir”.

Mən sadəcə arzu edirəm ki, fərəhli günlərin sayı çox olsun, cansağlığı olsun, Vətənim Azərbaycan inkişaf etsin və Azərbaycanda görülən işlər insanlara fayda gətirsin. Mən Azərbaycan rəhbərliyinə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident və birinci xanım Mehriban Əliyevaya müvəffəqiyyət arzu etmək istəyirəm, çünki onlar öz ölkələri, öz xalqı üçün çox işlər görürlər. Arzu edirəm ki, Azərbaycanın bütün vətəndaşları öz ölkələri naminə öz liderlərinin ətrafında sıx birləşsinlər. “

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib