Moldova hökuməti “İdman 2030” strategiyasını təsdiq edib
Bakı, 11 iyul, AZƏRTAC
Moldova hökuməti “İdman 2030” inkişaf strategiyasını təsdiq edib.
AZƏRTAC point.md xəbər portalına istinadla xəbər verir ki, strategiyada idman infrastrukturunun modernləşdirilməsi, məktəb və universitetlərdə idmanın inkişafı, eləcə də peşəkar idmançıların dəstəklənməsi nəzərdə tutulub.
Strategiyanın realizə edilməsi çərçivəsində hökumət rayon mərkəzlərində çoxfunksiyalı zal və futbol stadionlarını inşa və təmir etmək, futbol üçün milli stadion (“Arena nationala”) tikmək, yaşayış məntəqələrində və məktəblərdə idman infrastrukturunu yaxşılaşdırmaq niyyətindədir.
Eyni zamanda, milli idman federasiyalarına maliyyə dəstəyi artırılacaq, idmançıların xüsusi tibbi sığortası sistemi yaradılacaq və dövlət tibb mərkəzlərinin sayı artırılacaq.
Hazırda Moldova Respublikasında 101 idman məktəbi fəaliyyət göstərir ki, burada 39 minə yaxın uşaq məşğul olur. 2000-ci illə müqayisədə məktəblərin və idmançıların sayı təxminən üçdəbir artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]