MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİ BAKIYA GƏLƏCƏKLƏR
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasından AZƏRTAC-a bildirmişlər ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel yanvarın sonlarında Bakıya gələcəklər. Məqsəd ötən il noyabrın 6-da keçirilmiş parlament seçkilərindən sonra Azərbaycandakı vəziyyəti öyrənmək və bu ilin mayında keçiriləcək boş qalmış yerlərə təkrar seçkilərə hazırlıqla bağlı məlumat toplamaqdır. Həmməruzəçilərin üçüncü çağırış Milli Məclisə keçirilən seçkilərlə bağlı AŞPA-ya təqdim edəcəkləri hesabat təkrar seçkilərdən sonra tam hazır olacaqdır.