Monteneqro NATO-nun tərkibində qalacaq
Bakı, 12 sentyabr, AZƏRTAC
Monteneqroda bu yaxınlarda parlament seçkilərində qalib gəlmiş üç koalisiyanın liderləri yeni hökumətin strateji vektoru barədə saziş imzalayıblar. Sazişə bu Balkan dövlətinin “avropapərəst və qərbpərəst” seçiminin qorunub saxlanması daxildir.
AZƏRTAC xəbər verir ki, tərəflər, həmçinin ölkənin Kosovonun müstəqilliyinin daha əvvəl tanınmasından imtina etməməsinə, yaxud milli rəmzlərin dəyişdirilməyəcəyinə razılıq veriblər. Yeni hakim çoxluq bütün cari beynəlxalq öhdəliklərə, məsələn dövlətin NATO-ya üzvlüyünə də riayət edəcək.
Sazişə uyğun olaraq yeni hökumət korrupsiyaya qarşı güzəştsiz mübarizəni təmin etmək üçün əsas dövlət təsisatlarını siyasətə qatmayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]