Monteneqro Prezidenti Milo Cukanoviç növbəti seçkilərdə qalib gələcəyinə əmindir
Podqoritsa, 9 mart, AZƏRTAC
Monteneqro Prezidenti Milo Cukanoviç martın 19-da keçiriləcək prezident seçkilərində qalib gələcəyinə əmin olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, M.Cukanoviç prezident seçkilərində qalib gəlmək üçün deyil, qarşıdakı beş il ərzində ölkədə lazımi addımları atmaq üçün namizəd olduğunu deyib.
“Seçkidə qalib gələcəyimə əminəm. Monteneqro mövcud problemləri həll etməlidir. Sabitliyin bərpası, Monteneqronun Avropa İttifaqına (Aİ) yaxınlaşmasını təmin edəcək iqtisadi və demokratiya islahatlarının həyata keçirilməsi üçün lazımi şərtlər yerinə yetirilməlidir. Balkan regionunda sərhəd dəyişikliyi tələb edən millətçiliyə qarşı olmalı, müxtəlif dinlər və millətlər arasında yaxşı münasibətləri qoruyub saxlamalıyıq. Monteneqronun iqtisadi inkişafını dəstəkləmək üçün investorların cəlbi və ciddi siyasi addımlar atılmalıdır. Monteneqronun Aİ-yə üzvlüyü prioritet məsələdir”, - deyə o qeyd edib.
M.Cukanoviç əminliklə qeyd edib ki, növbəti prezidentliyi dövründə Monteneqro Aİ-yə üzv olacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]