“Morgan Stanley”: Qlobal məlumat mərkəzləri karbon emissiyalarının azaldılmasına töhfə verəcək
Bakı, 4 sentyabr, AZƏRTAC
“Morgan Stanley” kompaniyasının araşdırmasına görə, qlobal məlumat mərkəzləri bumunun cari onilliyin sonuna qədər dünya üzrə təxminən 2,5 milyard metrik ton karbon qazı ekvivalenti emissiyasına gətirib çıxaracağı və dekarbonizasiya səylərinə investisiyaları artıracağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, “Reuters” yazır ki, “Google”, “Microsoft”, “Meta”, “Amazon” kimi irimiqyaslı şirkətlər süni intellekt və bulud hesablama texnologiyalarını genişləndirmək üçün enerji tutumlu məlumat mərkəzlərinin sürətli inkişafına təkan verir. Eyni zamanda, şirkətlər 2030-cu ilə qədər öz mərkəzlərindən qlobal istiləşmə emissiyalarını azaltmaq vədlərinə sadiq qalırlar.
“Morgan Stanley” kompaniyasının hesabatında qlobal məlumat mərkəzi sənayesinin istixana qazı emissiyalarının bütün ABŞ-ın bir il ərzində buraxdığı tullantıların təxminən 40 faizini təşkil edəcəyini təxmin edir.
Hesabatda bildirilib ki, nəhəng kompüter anbarlarının tikintisi təmiz enerjinin inkişafına, enerjiyə qənaət edən avadanlıqlara və yaşıl tikinti materiallarına investisiyaları artıracaq. “Morgan Stanley” qeyd edib ki, texnoloji şirkətlər iqlim vədlərini yerinə yetirməyə çalışdıqca, karbontutma, utilizasiya və sekvestr texnologiyaları və karbon qazının çıxarılması proseslərinin də genişlənəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
- 11.06.2026 [11:00]
Krasnodar hava limanında 34 reys təxirə salınıb
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]