Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskva-Bakı oxu: Avrasiyada yeni geosiyasi konfiqurasiya

Moskva-Bakı oxu: Avrasiyada yeni geosiyasi konfiqurasiya

Qlobal miqyasda gedən geosiyasi proseslər Cənubi Qafqaza da öz təsirini göstərir. Regionda yerləşən dövlətlərin taleyi daha da aktuallaşır. Bu baxımdan, Moskvada Azərbaycanla Rusiyanın geosiyasi tərəfdaşlığına həsr edilmiş beynəlxalq konfransın təşkili böyük önəm kəsb edir. Təşəbbüskar Rusiya tərəfidir. Tədbirdə çıxış edən rusiyalı mütəxəssislər iki ölkə arasında əməkdaşlığın bütövlükdə region üçün ciddi əhəmiyyəti olduğunu vurğulayıblar. Moskvanın tərəfdaş kimi məhz Bakını seçməsinin isə çoxlu səbəbləri vardır. Lakin onların təməlində duran əsas məqam Azərbaycan rəhbərliyinin ölkənin müasir tələblərə cavab verən müstəqil inkişaf kursunu dönmədən həyata keçirməsi ilə bağlıdır. Bu kursun əsasını Ulu öndər Heydər Əliyev qoyub. Həmin tezisdən çıxış edərək, tədbir iştirakçıları Rusiya-Azərbaycan əlaqələrinin perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıblar. Onların geosiyasi-nəzəri təhlili üzərində dayanmağın faydası olardı.

“Cənubi Qafqaz pələngi”: böyük dövlətlərin bərabərhüquqlu tərəfdaşı

Rusiya paytaxtında maraqlı bir tədbir keçirilib. Geosiyasi Ekspertizalar Mərkəzi və “İzbor klubu”nun təşəbbüsü ilə sentyabrın 14-də “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda beynəlxalq konfrans baş tutub. Tədbirdə Rusiyanın tanınmış analitikləri, elm və siyasət adamları, deputatlar iştirak ediblər. Tədbirdə Azərbaycandan da yüksək səviyyəli nümayəndə heyəti iştirak edib.

Rusiya KİV-i konfransa böyük maraq göstərib. Onun gedişi telekanallar vasitəsilə translyasiya olunub. Bir sıra analitik verilişlərdə isə təhlil aparılıb, ekspertlərin proqnozları verilib. Konfransa göstərilən bu maraq nə ilə izah olunur?

Təbii ki, Rusiya kimi böyük bir dövlətdə Azərbaycanla bağlı geosiyasi mövzuda tədbirin keçirilməsi ciddi hadisədir. Mövzunun özü də olduqca aktual müstəvidə qoyulub. Müasir Rusiya-Azərbaycan əlaqələri tarixində ilk dəfədir ki, geosiyasi çərçivədə "Moskva-Bakı oxu" ifadəsi işlənir. Bunu rusiyalı analitiklər özəlliklə verdikləri əhəmiyyətdə vurğulayıblar. Məsələ həm də müasir qlobal geosiyasətdə müşahidə edilən proseslərin məzmunu kontekstində kifayət qədər cəlbedici təsir bağışlayır. Konfransda da mütəxəssislər daha çox məhz bu aspektdə fikir bildiriblər. Bizim üçün Rusiyanı təmsil edən ekspertlərin tezisləri çox maraqlıdır.

Onlardan Aleksandr Dugin problemin mahiyyətini çox yaxşı aça bilib. Rusiya hakim dairələrinə çox yaxın mütəxəssis hesab edilən ekspert Rusiya üçün Azərbaycanın cəlbedici olmasının başlıca səbəbinin “Azərbaycanın artıq əvvəlki Azərbaycan olmaması”ndan ibarət olduğunu ifadə edib (bax: Ось Москва-Баку: К новой геополитике Кавказа / “geopolitica.ru”, 14 sentyabr 2017). Ölkə rəhbərliyi apardığı çox uğurlu xarici və daxili siyasəti ilə Azərbaycanı regionun əsas oyunçularından birinə çevirib. Hətta A.Dugin Azərbaycanı “Cənubi Qafqaz pələngi” adlandırıb.

Bakı təcrübədə sübut edib ki, regional geosiyasi problemlərin həllində aparıcı rol oynaya bilər. Məsələn, Rusiya ilə Türkiyə arasında məlum təyyarə ixtilafı yarananda, Azərbaycan rəhbərliyinin böyük fəallığı sayəsində ciddi bir münaqişənin qarşısı alındı. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda Rusiya, İran və Azərbaycan Prezidentlərinin tarixi görüşü keçirildi. Türkiyəli iş adamları açıq etiraf edirlər ki, onların Rusiyaya çıxışı daha çox Azərbaycan vasitəsilə həyata keçirilir. Bunlardan başqa, Azərbaycanın İranla münasibətləri yaxşılaşdırmaq üçün atdığı prinsipial addımlar hamıya məlumdur. Gürcüstanla da ölkənin sıx əməkdaşlığı vardır.

Bunlarla yanaşı, rusiyalı mütəxəssislər məsələyə daha geniş kontekstdə yanaşırlar. Onlar Azərbaycan iqtisadiyyatının Qərb ölkələri ilə sıx bağlılığının Bakı-Moskva münasibətlərinə necə təsir edə biləcəyi haqqında fikir mübadiləsi aparıblar. Azərbaycan rəhbərliyinin yeritdiyi siyasətin məzmunu burada hər hansı ziddiyyətin meydana gəlməsinə imkan vermir. Çünki rəsmi Bakı çoxvektorlu, balanslaşmış xarici siyasət həyata keçirir. Onun bir qrup tərəfdaşla əməkdaşlığı digərləri üçün maneə deyil. Bunun isə kökündə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bir prinsip dayanır - Azərbaycan əməkdaşlıq strategiyasını yalnız öz təbii maraqlarına görə qurur, heç kimə qarşı ondan istifadə etmək niyyətində deyil. Məhz bu cür strategiya ölkənin sürətli inkişafına yol açdı və bu proses indi də davam edir.

Ankara-Moskva-Tehran “üçbucağı”: Bakıya olan ehtiyac

Bütün bu səbəblərə görə Aleksandr Duginin tədbirdə ifadə etdiyi bir tezis reallığı əks etdirir. Rusiyalı alim, sosioloq, tanınmış ictimai-siyasi xadim konfransda deyib ki, “Azərbaycanda müstəqil dövlətçilik baş tutub” (bax: əvvəlki mənbəyə). Nəzərə almaq lazımdır ki, müstəqil dövlətçiliyin baş tutması çox ciddi bir hadisədir. Sirr deyil ki, keçmiş sovet respublikalarının bir çoxu haqqında bu sözləri deyə bilmirlər. Məsələn, Ermənistanda dövlətçilik modelinin alınmadığı qənaəti vardır. Mütəxəssislər bu ölkənin siyasi, iqtisadi, hərbi və enerji baxımından Rusiyadan tam asılı olduğu faktını əsas tutaraq, müasir mərhələdə erməni dövlətçiliyinin alınmadığı nəticəsini çıxarırlar.

Azərbaycan isə artıq dünyanın böyük dövlətləri ilə əməkdaşlıq edən və bu zaman öz müstəqil mövqeyini qoruya bilən bir dövlətdir. Qərb və Rusiya ilə münasibətlərdə Bakının balans yarada bilməsi bu faktorla izah edilir. Digər məqam da həmin kontekstdə çox önəmlidir. Biz, Azərbaycan rəhbərliyinin orijinal regional əməkdaşlıq formatları təklif etməsini nəzərdə tuturuq. Konkret olaraq, Bakı ikitərəfli ilə yanaşı, üçtərəfli əməkdaşlıq modeli də təklif edib və o, uğurla həyata keçirilir.

Bu sırada Azərbaycan-Rusiya-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Türkmənistan kimi formatlar diqqəti çəkir. Xüsusilə Bakıda Vladimir Putin, Həsən Ruhani və İlham Əliyev arasında aparılan müzakirələr böyük geosiyasi əhəmiyyəti olan hadisə kimi qiymətləndirilir. İran və Türkiyə istiqamətində də Bakı kifayət qədər səmərəli fəaliyyət göstərir. Hər iki böyük dövlətlə Azərbaycanın sıx əməkdaşlığı vardır. Və bu əməkdaşlıq bütün sahələri əhatə edir.

Moskvadakı tədbirdə problemin bu aspektlərinə diqqət yetirilib, lakin daha çox Rusiya-Azərbaycan-Türkiyə "üçbucağı"nda gözlənilə bilən proseslər analiz olunub. Rusiyalı mütəxəssislər Azərbaycanın Ankara ilə Moskva arasında əlaqələndirici rol oynaya biləcəyini dəfələrlə ifadə ediblər. Xatırladaq ki, Newtimes.az portalının təhlili məqalələrində bu məqam daim öz əksini tapıb. Azərbaycanın Türkiyə ilə Rusiyanın münasibətlərini inkişaf etdirməyə yardımçı olmasının əksər regional problemlərin həllində sürətli irəliləyişə aparıb çıxaracağı portalın yazılarında dəfələrlə vurğulanıb. Çox müsbət haldır ki, eyni qənaət Rusiyanın aparıcı mütəxəssisləri və siyasətçilərinin dilindən eşidilir.

Məsələnin digər tərəfi Azərbaycanın Rusiya-Türkiyə-İran geosiyasi tərəfdaşlığının inkişafına verə biləcəyi töhfə ilə bağlıdır. Konfransda iştirakçılar bu özəlliyin üzərində dayanıblar. Görünür, Moskvaya son zamanlar Yaxın Şərq, Şərqi Avropa, Baltikyanı, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında cərəyan edən geosiyasi proseslər daha fəal olmağı diqtə edir. O cümlədən, Cənubi Qafqazda bir sıra ziddiyyətli məqamlar var ki, vəziyyəti sabitlikdən çıxara bilər. Ermənistanın qeyri-müəyyən xarici siyasəti burada birinci sıradadır. Rəsmi İrəvan gizli olaraq Qərbə meyillənməkdədir. Bunun fonunda Rusiyanın Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyi başadüşüləndir. Yəni İrəvana və onun Qərbdəki havadarlarına mesaj verilir ki, Moskvanın daha güclü alternativi vardır. Belə çıxır ki, Moskva-Bakı geosiyasi oxu bütövlükdə Cənubi Qafqazın tarixində prinsipial olaraq yeni mərhələnin əsasını qoya bilər. Bu bağlılıqda Moskvada keçirilən beynəlxalq konfransın strateji əhəmiyyəti böyükdür.

Beləliklə, Moskva konfransını vacib bir hadisə kimi qiymətləndirmək olar. Keçən əsrin 90-cı illərində Rusiyanın yuxarıdan aşağı baxdığı, müxtəlif maneələr törətməyə çalışdığı, yalnız təzyiq dili ilə danışmağa üstünlük verdiyi Azərbaycan artıq Kreml üçün "Cənubi Qafqaz pələngi", dövlətçiliyi baş tutmuş ölkə, bərabərhüquqlu tərəfdaş və perspektivli partnyordur! Bu fərqi görmək lazımdır. Yəni Moskva konfransının təkanverici qüvvəsi başlıca olaraq Azərbaycan rəhbərliyinin müdrik xarici siyasət kursudur.

Tədbirin başqa bir əhəmiyyəti Moskvanın İrəvanla Bakı arasında qoyduğu fərqlə bağlıdır. Açıq görünür ki, Rusiya Ermənistanı müstəqil dövlət kimi qəbul etmir, onu özünə çox borclu sayır. Ermənistan Rusiyanın regiondakı forpostu, əlaltısı, sözəbaxanıdır. Onunla geosiyasi tərəfdaş olmaq mümkün deyil. Çünki bunun üçün Ermənistan öncə müstəqil olmalıdır. Özünün inkişaf xətti olmalıdır. Bunların isə heç biri yoxdur. Bakı isə regionun ən perspektivli müstəqil dövləti, bərabərhüquqlu tərəfdaş kimi Moskvanın diqqətini çəkir. Sözsüz ki, bu fərq yaxın zamanlarda özünün daha böyük töhfələrini verəcək. Azərbaycan bu əməkdaşlıqdan uğur əldə edəcək!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb