Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edir
Bakı, 17 iyun, AZƏRTAC
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı avtobus sürücüsü üzrə vakansiya elan edir.
Bu barədə AZƏRTAC-a MDU-nun Bakı filialından məlumat verilib.
AVTOBUS SÜRÜCÜSÜ
İş barədə məlumat:
• əməkdaşları təyin olunmuş ərazidən iş yerinə təhlükəsiz və vaxtında çatdırmaq;
• avtomobil və ya avtobus müəssisə tərəfindən verilir;
• avtomobilin bütün təmir xərcləri müəssisə tərəfindən ödənilir;
• yanacaqla təmin olunur;
• istifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
• müəssisə tərəfindən təhkim olunmuş avtomobilin və ya avtobusun təmiz və səliqəli saxlanılmasına nəzarət etmək.
İş qrafiki: 6 günlük
• İş saatları: Həftəiçi 09:00-17:00; Şənbə günü 09:00-15:00
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
• Ərazi: Xocasən qəsəbəsi.
Namizədə aid tələblər:
• Təhsil: Orta, orta-ixtisas və ya peşə təhsili
• Sürücülük kateqoriyası BCD
• Təcrübə: Avtobus sürücüsü vəzifəsində 1-3 il
• Yaş: 35-50
• Dil biliyi: Azərbaycan və rus dili (vacibdir)
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun mövzu hissəsində müvafiq vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 30.06.2023-cü il tarixinədək göndərə bilərlər.