Moskva meri Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonun açılışından yazıb
Moskva, 24 noyabr, AZƏRTAC
Rusiya paytaxtının meri Sergey Sobyanin özünün “Twitter” səhifəsində Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonun açılışından yazıb.
AZƏRTAC xəbər verir ki, Moskva meri “Azərbaycan” pavilyonunun yenidən qurulması üçün böyük işlər görüldüyünü bildirib. Vurğulayıb ki, gənc moskvalılar pavilyonu heç zaman belə görməyiblər. 1939-cu ildə inşa edilmiş binanın gözəlliyi və milli üslubda dekoru ilə ziyarətçiləri heyran qoyduğunu yazan S.Sobyanin 1960-cı ildə pavilyonun fasadının örtüldüyünü və binanın görünüşünün tamamilə dəyişdiyini qeyd edir. “Lakin bərpa işləri başlananda, ustalar panellər altında qalmış pavilyonun gözəlliyinə heyran oldular”, - deyə mer bildirib.
Moskva meri yazır ki, yenidənqurma işləri zamanı mozaika, tarixi fənərlər və plafonlar, tavanın naxışları, rəngli şüşələrdən ibarət unikal vitrajlar bərpa edilib. S.Sobyanin “Çoban” və “Azərbaycan qadını” heykəllərinin Azərbaycan Milli İncəsənət Muzeyində saxlanan tökmələr əsasında bərpa olunduğunu da qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [16:57]
BMT Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edib
- 08.05.2026 [15:15]
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xalqa bağışlanan ömür
- [11:14]
Bəşəriyyət üçün dahilik nümunəsi
- [09:17]
Naxçıvanda “Şərqin qapısı” teatr festivalı başlayıb
- 08.05.2026 [23:33]
Rusiya Trampın atəşkəs təşəbbüsünü dəstəkləyib
- 08.05.2026 [23:25]
Zelenski üçgünlük atəşkəsi təsdiqləyib
- 08.05.2026 [22:56]
Ulu Öndərin xatirəsi Türkmənistanda anılıb
- 08.05.2026 [22:45]
Tramp Rusiya ilə Ukrayna arasında üçgünlük atəşkəs elan olunacağını bildirib
- 08.05.2026 [22:27]
Azərbaycanın paraüzgüçüsü Dünya seriyasında bürünc medal qazanıb
- 08.05.2026 [22:21]
Bəstəkarlar İttifaqında tədbir - Heydər Əliyev və musiqi mədəniyyəti
- 08.05.2026 [22:09]
Premyer Liqa: Çempion “Kəpəz”ə uduzub
- 08.05.2026 [21:51]
Tərtərli kümçülərə ipəkqurdu toxumu paylanıb
- 08.05.2026 [21:49]
Yevlaxda yeni yaşıllıqlar salınıb
- 08.05.2026 [21:45]
BMT: Somalidə aclıq böhranı kritik həddə çatıb
- 08.05.2026 [21:44]