Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada AQTA sədri ilə “Rosselxoznadzor”un rəhbəri arasında görüş keçirilib

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfər edib. Səfər çərçivəsində AQTA sədri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvertlə görüşüb.

AQTA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində, həmçinin cari il ərzində Azərbaycan Respublikasından Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracının artırılması, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Rusiyanın müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Aparılan müzakirələrdə bitki karantini və mühafizəsi, baytarlıq və fitosanitar nəzarəti, transsərhəd heyvan xəstəlikləri ilə mübarizə sahələrində əməkdaşlığa dair saziş və anlaşma memorandumları diqqət mərkəzində olub.

AQTA sədri Q.Təhməzli iki ölkənin müvafiq qurumları arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahələrində həyata keçirilən tədbirləri və onların əməkdaşlığın daha da genişləndirilməsində əhəmiyyətini diqqətə çatdırıb. O cümlədən transsərhəd heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün birgə fəaliyyətin zəruriliyini vurğulayıb. Bu sahədə əlaqələrin gücləndirilməsinin və bioloji təhlükəsizliyin təmin olunmasının vacibliyini önə çəkib.

S.Dankvert AQTA ilə “Rosselxoznadzor” arasında inkişaf edən əməkdaşlıqdan məmnunluğunu ifadə edib. İki ölkə arasında qida təhlükəsizliyi sahəsində fəaliyyətlərin daha səmərəli təşkilinin və münasibətlərin genişləndirilməsinin Azərbaycandan Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracının artmasına və bu prosesə operativ nəzarətin təmin olunmasına gətirib çıxardığını diqqətə çatdırıb.

Görüş zamanı qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq əldə edilən nailiyyətlərə də toxunulub. İlk növbədə, iki ölkə arasında qida obyektləri üzrə təsdiq sistemlərinin ekvivalentliliyinin tanınması və yüksək riskli qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin qeydiyyatı ilə bağlı əməkdaşlığın genişləndirildiyi bildirilib. Həmçinin Agentlik sədri ilə “Rosselxoznadzor”un rəhbərinin görüşünün nəticəsi olaraq, ölkəmizdə istehsal edilən yüksək riskli qida məhsullarının Rusiya Federasiyasına ixracı ilə bağlı razılaşma əldə olunub.

O cümlədən görüş zamanı Naxçıvan Muxtar Respublikasında istehsal edilən yüksək riskli qida məhsullarının Rusiyaya ixracı ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Muxtar respublikada istehsal olunan bu məhsulların Rusiya Federasiyasına ixracı ilə bağlı ümumi razılıq əldə edilib. Bu isə Naxçıvan Muxtar Respublikasında qida sahəsində fəaliyyət göstərən müəssisələrin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, qida sənayesinin inkişafına geniş imkanlar yaradacaq.

Q.Təhməzli Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Rusiya Federasiyasının bir sıra institutları və elmi-tədqiqat mərkəzləri ilə sıx əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb. Belə ki, AQTİ ilə Rusiyanın “Heyvan Sağlamlığının Mühafizəsi üzrə Federal Mərkəz”i (VNİİZJ) arasında əməkdaşlıq çərçivəsində sərhədyanı ölkələrdə təhlükəli heyvan xəstəlikləri üzrə epizootik sabitliyin təmin olunması üçün xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı epizootoloji monitorinqlərin təşkili, dabaq və quduzluq xəstəliklərinə qarşı nəzarət proqramının hazırlanması, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı elmi risk qiymətləndirilməsinin aparılması və s. sahələrdə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Bu məqsədlə təşkil edilmiş təlimlərdə İnstitutun əməkdaşlarının iştirakı təmin olunub, eyni zamanda, AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası “Heyvan Sağlamlığının Mühafizəsi üzrə Federal Mərkəz”in təşkil etdiyi dabaq xəstəliyi üzrə səriştəlilik sınaqlarında uğurla iştirak edib.

Məmnuniyyətlə qeyd olunub ki, müvafiq institutlar arasında əməkdaşlıq çərçivəsində yoluxucu heyvan xəstəliklərinə qarşı mübarizə, heyvan və insan sağlamlığının qorunması üçün birgə elmi-praktik seminarların və təlimlərin təşkili, qida təhlükəsizliyi və epizootoloji vəziyyət, eyni zamanda, ölkələrdə qüvvədə olan mövcud qanunvericilik aktları haqqında məlumat mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası əldə olunan nailiyyətləri daha da genişləndirəcək.

Bildirilib ki, heyvan xəstəliklərinə qarşı Rusiya istehsalı olan 74 vaksin nümunəsi ölkəmizdə laborator müayinələrə cəlb edilib və uyğunluğu öz təsdiqini tapıb. Agentlik sədri sərhədyanı ərazilərdə dabaq xəstəliyinə qarşı heyvanların peyvəndlənməsi üçün Rusiya Federasiyası tərəfindən SAT-2 vaksinlərinin ölkəmizə hədiyyə edilməsi ilə bağlı təklifinə, həmçinin iki qurum arasında əməkdaşlığın inkişafında göstərdiyi səylərə və əməli fəaliyyətə görə "Rosselxoznadzor"un rəhbəri S.Dankvertə minnətdarlığını ifadə edib, görülən işlərin hər iki ölkənin ticarət dövriyyəsinin artırılmasına şərait yaradacağını bildirib. Bundan sonra da qarşılıqlı əməkdaşlıq və etimad şəraitində qida məhsullarının idxalı və ixracı zamanı işlərin daha operativ və səmərəli həyata keçiriləcəyini diqqətə çatdırıb.

Görüş zamanı Q.Təhməzli Rusiya Federasiyasının yeni kənd təsərrüfatı naziri Oksana Lutun təyinatının qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, ona fəaliyyətində uğurlar arzulayıb.

"Rosselxoznadzor"un rəhbəri iki qurum arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahələrində əməkdaşlığın hazırkı vəziyyətini müsbət qiymətləndirərək, müvafiq sahələrdə görülən işlərin hər iki ölkənin ticarət dövriyyəsinin artırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO