Moskvada bazar ertəsi qeyri-iş günü elan olunub
Moskva, 24 iyun, AZƏRTAC
Moskva meri Sergey Sobyanin bazar ertəsi gününü qeyri-iş günü elan edib.
AZƏRTAC, Rusiya mətbuatına xəbər verir ki, paytaxt meri riskləri minimuma endirmək üçün dövlət orqanları və fasiləsiz rejimdə işləyən müəssisələr, hərbi sənaye kompleksi, şəhər xidmətləri istisna olmaqla, bazar ertəsi gününü qeyri-iş günü elan etməyi qərara alıb.
O, insanları şəhərdə gəzməkdən mümkün qədər çəkinməyə çağırıb və bildirib ki, müəyyən məhəllələrdə və bəzi yollarda nəqliyyatın hərəkəti dayandırıla bilər.
Şənbə günü səhər saatlarında Moskvada, Moskva ətrafında və Voronej vilayətində antiterror əməliyyatları rejiminin tətbiq edildiyi elan olunub.
Rusiya paytaxtında kütləvi tədbirlər ləğv edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]