Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçiriləcək
Moskva, 20 noyabr, AZƏRTAC
Noyabrın 21-də Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuralarının katiblərinin VI görüşü keçiriləcək.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ənənəvi görüşdə nümayəndə heyətlərinin başçıları MDB məkanında milli və beynəlxalq təhlükəsizliyin təminatı, Birlik ölkələrinin Antiterror Mərkəzinin fəaliyyəti, radikal təmayüllü dini cərəyanların yayılmasına qarşı mübarizə məsələlərinə dair mövzuları müzakirə edəcəklər.
MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuralarının katibləri Birlik ölkələrinin vahid epidemioloji məkanı ərazisində birgə fəaliyyət mexanizmini, hibrid müharibələrində informasiya amilini müzakirə edəcəklər.
Görüşdə, həmçinin Əfqanıstandakı hərbi-siyasi vəziyyət, Mərkəzi Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirləri nəzərdən keçirmək planlaşdırılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]