Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada ulu öndər Heydər Əliyevin xatirə gecəsi keçirilib

Moskva, 11 dekabr, AZƏRTAC

Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil edilmiş tədbirin qonaqları arasında məşhur siyasi və ictimai xadimlər, Heydər Əliyevin dostları və məsləkdaşları, dost ölkələrin səfirləri vardı.

Tədbirin əvvəlində Ulu Öndər haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış film nümayiş etdirilib.

Gecəni Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açıb. O, tədbir iştirakçılarının hamısına təşəkkür bildirərək qeyd edib ki, bu gün görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür. Səfir deyib: “Buraya Heydər Əliyevi şəxsən tanıyan, onunla dəfələrlə görüşmüş insanlar toplaşıb. İnanmaq çətindir ki, artıq 15 ildir Heydər Əliyev aramızda yoxdur. Mən fəxr edirəm ki, 10 il Heydər Əliyevlə işləmişəm, onun dövründə mədəniyyət naziri olmuşam. Bu, çox mürəkkəb dövr idi, çünki Sovet İttifaqı dağılandan sonra Azərbaycan Respublikası qonşu ölkə tərəfindən təcavüzə məruz qalmışdı. Bu şəraitdə Azərbaycan öz əlaqələrini, o cümlədən beynəlxalq əlaqələrini nizamlamalı, artıq suveren ölkə kimi özünü göstərməli idi. Ən mürəkkəb vaxtda Azərbaycanın firavanlasan ölkəyə çevrilməsi üçün bütün zəruri tədbirlər Heydər Əliyevin bilavasitə rəhbərliyi altında görülürdü. Müasir Azərbaycanın memarı Heydər Əliyevdir”.

Diplomat 10 il ərzində Heydər Əliyevlə işlədiyini vurğulayaraq deyib: “Bu 10 il ərzində qazandığım təcrübəni mən dünyanın heç bir yerində verilməyən diplom adlandırıram. Bu, böyük məktəbdir - həm idarəçilik, həm də insanlıq məktəbi. Böyük müəllim, böyük filosof və müdrik insan Heydər Əlirza oğlu Əliyevin bizə keçdiyi dərsləri, onun bizə öyrətdiyi qaydaları onunla işləyənlərin hər biri kimi, mən də daim yadda saxlayacağam”.

Səfir xatırladıb ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda və Sovet İttifaqında səhiyyə, tikinti, mədəniyyət sahələrində nəhəng layihələr həyata keçirilib. Heydər Əliyev fövqəladə hallarla bağlı, o cümlədən “Admiral Naximov” paroxodu, Volqada teploxodun qəzaya uğraması ilə bağlı və bir sıra başqa komissiyalara rəhbərlik edib. P.Bülbüloğlu deyib: “1993-cü ildə Azərbaycan xalqının təkidli xahişi ilə Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı və çox mürəkkəb bir dövrdə respublikaya rəhbərlik etdi. O vaxt çoxları inanmırdı ki, Azərbaycanı bu ağır vəziyyətdən xilas etmək və müstəqil, suveren respublika qurmaq mümkün olacaq. Heydər Əliyev buna parlaq şəkildə nail oldu”.

Səfir daha sonra vurğulayıb: “Siz Heydər Əliyev haqqında Heydər Əliyev Fondunun hazırladığı kiçik filmə baxdınız. Buna görə biz çox təşəkkür edirik. Yaxşı deyiblər ki, ot kökü üstündə bitər. Biz indicə xatırladıq ki, Heydər Əliyevin fenomenal yaddaşı vardı, kağıza baxmadan danışmağı, bəzən rəqəmlərin, faktların çox mürəkkəb ardıcıllığını yadda saxlamağı bacarırdı. İlham Heydər oğlu Əliyev də bütün bunları öz dahi atasından mənimsəyib və artıq 15 ildir ki, ölkəni qətiyyətlə firavanlığa doğru aparır. Bu gün Azərbaycan dünyanın siyasi xəritəsində layiqli yer tutur”.

P.Bülbüloğlu xatırladıb ki, bu yaxınlarda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda böyük Azərbaycan şairi Nəsiminin büstünün açılışı olub. Həmin tədbirdə Heydər Əliyevin nəvəsi Leyla Əliyeva iştirak edib. Diplomat çıxışını bu sözlərlə bitirib: “Büstün açılışında fikirləşdim ki, Heydər Əliyev mədəniyyət xadimlərinə, klassiklərə çox diqqət göstərirdi. Nizami, Füzuli, Nəsimi kimi dahi şəxsiyyətlərə və Azərbaycan torpağının dünyaya bəxş etdiyi bir sıra başqa mütəfəkkirlərə xüsusi diqqət yetirilirdi. İndi Heydər Əliyevin nəvəsi Moskvada Nəsimiyə abidənin açılış mərasimini keçirir, yəni Heydər Əliyevin işini davam etdirir. Mən Heydər Əliyevə ehtiram bəsləyən və onu xatırlayan bütün rusiyalılara, bütün moskvalılara bir daha təşəkkürümü bildirmək istəyirəm”.

Rusiya Prezidentinin Xəzər regionu dövlətləri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov deyib: “Hesab edirəm ki, Heydər Əliyev bütün Qafqazın tarixində görkəmli simalardan biridir. O, keçmiş Sovet İttifaqında nüfuzlu adam idi. Müasir Rusiyada onun xatirəsini ehtiramla yad edirlər. Prezident Vladimir Putin Heydər Əliyevə həmişə çox böyük hörmət bəsləyib”.

Ramazan Abdulatipov bildirib ki, özünü Heydər Əliyevin şagirdi hesab edir. Onun sözlərinə görə, Dağıstanda Əliyevlər nəslinə böyük ehtiram bəsləyirlər. O deyib: “Bu, Dağıstan üçün xüsusi əhəmiyyət kəsb edir, çünki müharibənin ən mürəkkəb dövründə Dağıstanın rəhbəri Əziz Əliyev olub. Dərbənddə bir küçəyə Heydər Əliyevin adının verilməsi təşəbbüsünü irəli sürənlərdən biri mən olmuşam. Bu küçənin abadlaşdırılması üçün İlham Heydər oğlu çox iş görüb. Mahaçqalada Əziz Əliyevə abidə qoyulması təşəbbüsünü irəli sürənlərdən də biri mən olmuşam. Demək istəyirəm ki, bizim ölkələr tarixən Dağıstan vasitəsilə, digər regionlar vasitəsilə bir-birinə bağlı olub. Heydər Əliyevin xatirəsi bizim üçün müqəddəsdir”.

Şimali Qafqaz məsələləri üzrə nazir Sergey Çebotaryov öz çıxışında Ulu Öndərin həyat yolu barədə danışıb. O deyib: “Bu böyük siyasi xadimi, son dərəcə qeyri-ordinar insanı sizinlə birlikdə xatırlamaq mənim üçün böyük şərəfdir. Onu Azərbaycanda da, Rusiyada da xatırlamalıdırlar. Heydər adının bir mənası “irəlidə gedən” deməkdir. Həqiqətən o, bütün həyatı boyu irəlidə olub. O, çox istedadlı idi, uşaqlıqda yaxşı rəsmlər çəkirdi. Bakıda onun karandaşla və ya qələmlə çəkdiyi gözəl rəsmləri görmüşük”.

S.Çebotaryov xatırladıb ki, Heydər Əliyev Sov. İKP MK-nın Siyasi Bürosunun üzvü olub. Nazir vurğulayıb: “O, Sovet İttifaqının daxili siyasətinin əsas istiqamətlərinə görə cavabdeh idi, o cümlədən Baykal-Amur Magistralının (BAM) tikintisinə nəzarət edirdi. Mən özüm Uzaq Şərqdənəm, bunun nə demək olduğunu bilirəm. Əsrin tikintisi sayılan bu magistralı Sovet İttifaqı dağılandan sonra lağa qoyurdular. Lakin indi zaman göstərir ki, Sovet Hökumətinin və Heydər Əliyevin bu qərarı çox müdrik qərar olub, bu insan strateji təfəkkürə malik idi. İndi BAM yenidən tikilir ki, məhz bu dəmiryol magistralı Uzaq Şərqin və bütün Rusiyanın iqtisadiyyatının inkişafına kömək etsin”.

S.Çebotaryov qeyd edib ki, Heydər Əliyev Azərbaycan üçün ən çətin illərdə məsuliyyəti öz üzərinə götürərək ölkəyə rəhbərlik edib. Nazir deyib: “Heydər Əliyev Azərbaycan xalqını səfərbər etdi, respublikanın inkişafı üçün strateji prioritetləri müəyyənləşdirdi. Bu gün respublikanın firavanlaşması da Heydər Əliyevin xidmətidir.

... 1948-ci ildə Heydər Əliyev Kislovodskda Zərifə adlı gözəl bir gənc alim, oftalmoloq-həkimlə tanış olur. Bu görüş sonradan Azərbaycanın inkişaf yolunu müəyyən etdi. Onlar evləndilər, Sevil və İlham adlı övladları dünyaya gəldi. Mən fəxr edirəm ki, bu gün Azərbaycana İlham Heydər oğlu Əliyev rəhbərlik edir”.

Nazir qürurla bildirib ki, Heydər Əliyev dünyasını dəyişəndən illər sonra Şimali Qafqazda onu unutmurlar, ona abidələr ucaldılır, küçələrə və bağlara onun adı verilir.

S.Çebotaryov deyib: “Bu il mayın 10-da biz Prezident Vladimir Putinin tapşırığına əsasən, Rusiya Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernovun rəhbərliyi ilə Azərbaycandan olan həmkarlarımızla birlikdə Heydər Əliyevə həsr edilmiş çox gözəl bir sərgi təşkil etdik. Bu sərgidən sonra bizim kiçik bir qrup Rusiyadan Bakıya getdi. Dağıstanda Vladimir Vasilyevlə görüşdük. Dərbəndin mərkəzində, beş il bundan əvvəl Heydər Əliyevin adı verilmiş küçədə gəzişdik. Bu küçə bizi birləşdirir. Mənim fikrimcə, bu, Heydər Əliyevin şərəfinə adlandırılan sonuncu küçə olmayacaq. Biz bu böyük insanı xatırlayırıq və həmişə xatırlayacağıq, onun barəsində xatirələrimizi şagirdlərimizə və bir-birimizə söyləyəcəyik ki, hələ uzun illər boyu görüşüb onun haqqında birlikdə danışmaq imkanı olsun”.

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Heydər Əliyev haqqında xatirələrini bölüşüb. Heydər Əliyevlə və Zərifə xanımla şəxsən tanış olduğunu qeyd edən T.Tatyana deyib: “Heydər Əliyev özü çox təvazökar insan idi, övladlarını da bu ruhda tərbiyə edirdi. Son dərəcə sadə və humanist idi. Moskvada hakimiyyətin gözündən düşdüyü dövrdə biz onunla görüşür, telefon söhbətləri edirdik. O soruşurdu: “Tatyana, sən qorxmursan?” Mən cavab verdim ki, heç nədən qorxmuram. Bir neçə ildən sonra Heydər Əliyev Azərbaycana qayıtmağa hazırlaşanda mən ondan soruşdum ki, qayıtmağa qorxmursunuzmu? O dedi: “Axı, sən özün dedin ki, heç nədən qorxmursan. Nəyə görə hesab edirsən ki, mən öz Vətənimdə nədənsə qorxa bilərəm!”.

RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qeyd edib ki, Heydər Əliyevin vəfatı təkcə Azərbaycan sakinləri üçün deyil, Rusiyada və postsovet məkanındakı digər ölkələrdə onu tanıyanların hamısı üçün böyük faciə olub. Ona görə ki, Heydər Əliyev təkcə respublikamiqyaslı şəxsiyyət deyildi. Heydər Əliyev öz vətənini sevən və onun tarixdə qalması üçün əlindən gələni etmiş azərbaycanlı idi”.

Mixail Şvıdkoy deyib: “O, Sovet İttifaqı kimi böyük ölkənin siyasətini çox cəhətdən müəyyən edən insan idi. Əlbəttə, biz hamımız onun həm ittifaq hökumətində tutduğu vəzifələrdə, həm də partiyanın ali rəhbərliyinin üzvlərindən biri kimi çox iş gördüyünü xatırlayırıq. Bununla bərabər, mən çox yaxşı başa düşürəm ki, Heydər Əliyev, ilk növbədə, Azərbaycanın xilaskarı olub. Ölkə parçalanma və vətəndaş müharibəsi həddində olduğu faciəli dövrdə Heydər Əliyev öz iradəsi, enerjisi, istedadı, strateji uzaqgörənliyi sayəsində bu ölkəni yenidən qurmağa nail oldu”.

RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi çıxışının sonunda deyib: “Bu gün İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə firavanlasan Azərbaycanda həyat tərzi, əlbəttə, ötən əsrin 90-cı illərinin ortalarındakı həyat tərzindən tamam fərqlidir. Aydındır ki, yeni Azərbaycanın, onun firavanlığının, dövlətçiliyinin, onun dünyada yerinin təməli, əlbəttə, Heydər Əliyev tərəfindən qoyulub - onun gərgin əməyi, sarsılmaz iradəsi, hədsiz zəhməti bahasına. Heydər Əliyev həqiqətən mərd insan idi. O, öz xalqına çox gərək idi və məhz lazımi məqamda gəldi. Ona görə bu gün - Heydər Əliyevin dünyasını dəyişdiyi gün çox kədərli gündür, lakin bu, həm də hərtərəfli böyük şəxsiyyət, öz xalqı üçün, postsovet məkanında yaranmış bütün yeni ölkələrin xalqları üçün çox gərəkli bir insanın xatirə günüdür. Ruhu şad olsun”.

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin sözlərinə görə, ona Heydər Əliyevlə dəfələrlə görüşmək səadəti nəsib olub. S.Lebedev vurğulayıb: “Mən, MDB İcraiyyə Komitəsinin sədri kimi, demək istəyirəm ki, Heydər Əliyevin xatirəsi bütün MDB məkanında ehtiramla yad edilir. Rusiyada Azərbaycan diasporunun, MDB ölkələrinin səfirliklərinin nümayəndələri ildə iki dəfə - mayda və dekabrda toplaşaraq Azərbaycan xalqının dahi liderini birlikdə yad edirlər. O, təkcə Azərbaycan xalqının lideri deyildi, bütün Sovet İttifaqında hörmət qazanmış məşhur və böyük dövlət xadimi idi.

S.Lebedev qeyd edib ki, Moskvada Heydər Əliyevi şəxsən tanıyanlar da, onu yalnız qiyabi tanıyanlar da bu böyük siyasi xadim və dövlət xadimi haqqında səmimiyyətlə danışırlar. MDB İcraiyyə Komitəsinin sədri sonda deyib: “Bu gün də burada Moskva ictimaiyyətinin nümayəndələri toplaşıb, burada MDB ölkələrinin çoxsaylı diplomatlarını görürəm. Bu gün biz də Heydər Əliyevin dünyasını dəyişməsinin 15 illiyi ilə əlaqədar belə səmimi şəraitdə onu xatırlayırıq”.

UNESCO işləri üzrə komissiya sədrinin müavini, Rusiya Beynəlxalq Məsələlər Şurasının vitse-prezidenti Aleksey Dzasoxov, Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal və başqaları da Azərbaycan xalqının Ümummilli Lideri haqqında xatirələrini bölüşüblər.

Tədbirin sonunda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rejissor Tofiq Şahverdiyevə və müğənni Sərxan Sərxana “Azərbaycanın Xalq artisti” fəxri adının döş nişanlarını və vəsiqələrini təqdim edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır