Moskvada vəsiqəli buraxılış rejimi tətbiq olunacaq
Moskva, 11 aprel, AZƏRTAC
Moskvada aprelin 13-dən 19-dək koronavirus infeksiyasının yayılması ilə mübarizə çərçivəsində yeni məhdudiyyətlər tətbiq ediləcək.
AZƏRTAC xəbər verir ki, Moskva meri Sergey Sobyanin şəhərdə xüsusi rejim elan edib. Onun sözlərinə görə, gələn həftədən mütəmadi olaraq vəsiqəli buraxılış rejimi tətbiq olunacaq. Şəhərin hakimiyyət orqanları buraxılış üçün icazəyə görə verilən məlumatların düzgün olub-olmamasını yoxlamaq hüququnu özündə saxlayır.
Bundan əlavə, Rusiya paytaxtında tibb, qida, fərdi qorunma vasitələri istehsalı müəssisələri, hakimiyyət orqanları, hüquq- mühafizə orqanları, banklar, rabitə müəssisələri, nəqliyyat, mühüm müdafiə, kosmik, atom sənayesi müəssisələri və KİV-lərdən başqa bütün müəssisə və təşkilatların işi dayandırılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]
İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib
- 13.10.2026 [16:43]