Moskvanın Domodedovo aeroportunda Azərbaycanın Müstəqillik Günü münasibətilə LED panellər quraşdırılıb
Moskva, 28 may, AZƏRTAC
Rusiyanın ən böyük nəqliyyat qovşaqlarından biri olan Domodedovo Beynəlxalq Hava Limanında 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklər olan parlaq LED panellər quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, ekranlarda Dövlət Bayrağı və “28 May – Azərbaycanın Müstəqillik Günü” yazısı əks olunub. Rusiyanın ən böyük hava limanlarından birində Azərbaycan rəmzlərinin nümayişi ölkəmizin tarixinə və dövlətçiliyinə hörməti əks etdirir, həmçinin iki ölkə arasında sıx humanitar və mədəni əlaqələri vurğulayır.
Xatırladaq ki, 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [11:34]
DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
- 30.09.2026 [11:23]
Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib
- 30.09.2026 [11:12]
BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib
- 30.09.2026 [11:06]
DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub
- 30.09.2026 [11:04]