Mourinyo üçüncü klub ilə Çempionlar Liqasında və yeni ölkənin çempionatında qalib gəlmək istəyir
Bakı, 3 iyun, AZƏRTAC
Portuqaliyalı məşhur məşqçi Joze Mourinyo yaxın planları barədə danışıb.
AZƏRTAC “Eleven Spots”a istinadla xəbər verir ki, məşqçi deyib: “Beşinci ölkədə çempionatda qalib gəlmək və ya üçüncü klub ilə Çempionlar Liqasının qalibi olmaq istərdim. Lakin təkcə bu barədə düşünmürəm. Mən elə bir layihə istəyirəm ki, onun icrasında həm qalib gəlim, həm də xoşbəxt olum. Məni xoşbəxt edə bilməyəcək klubdan təklif alsam, razılaşmayacağam. Mənim harada işləmək barədə qərarı özüm qəbul etmək hüququm var. Tamamilə rahatam. Bilirəm ki, belə bir təklif indi olmasa da sonradan daxil olacaq”.
56 yaşlı mütəxəssisin sonuncu iş yeri “Mançester Yunayted” komandası olub. Bundan əvvəl Mourinyo “Benfika”, “Leyriya”, “Portu”, “Çelsi”, “İnter” və “Real” klubları ilə çalışıb. Portuqaliya, İngiltərə, İtaliya və İspaniya çempionu olmuş Mourinyo iki dəfə Çempionlar Liqasında qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]
Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq
- 15.10.2026 [10:18]
Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar
- 15.10.2026 [10:06]