Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mövcud problemlər fonunda piyada infrastrukturu şəhər mobilliyinin əsas sütunu olaraq qalır

Bakı, 23 mart, AZƏRTAC

Müasir şəhərlərdə dayanıqlı və təhlükəsiz mobillik sisteminin qurulması birbaşa piyada infrastrukturunun səviyyəsindən asılıdır. Lakin mövcud reallıq göstərir ki, bu sahədə hələ də müəyyən problemlər var.

Bunu AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib. Ekspertin sözlərinə görə, uzun illər avtomobil yönümlü planlama yanaşması şəhər mühitində balansın pozulmasına səbəb olub: “Bu gün bir çox küçələrdə əsas diqqət hərəkət hissəsinə yönəlir, piyada isə ikinci planda qalır. Nəticədə səkilər ya dar, ya fasiləli, ya da müxtəlif maneələrlə – qanunsuz parkinq, obyektlərin genişlənməsi, tikinti materialları ilə zəbt olunmuş vəziyyətdə olur”.

R.Ağamirzəyev bildirib ki, mövcud problemlər piyadaları təhlükəli davranışlara məcbur edir. Səki ilə hərəkət mümkün olmadıqda insanlar yolun hərəkət zolağına çıxır, keçidlər uzaqda yerləşdiyi üçün qısa yol axtarır. Bu isə yol-nəqliyyat hadisələrinin sayına və ağırlıq dərəcəsinə birbaşa təsir edir.

Ekspert qeyd edib ki, piyada keçidlərinin təşkili ilə bağlı da çatışmazlıqlar mövcuddur: “Bir çox hallarda keçidlər ya kifayət qədər sıx yerləşdirilmir, ya da işıqlandırma və nişanlanma baxımından zəifdir. Xüsusilə axşam saatlarında kontrast işıqlandırmanın olmaması piyadaların görünməsini azaldır və təhlükəni artırır”.

Onun sözlərinə görə, son illər Bakıda ayrılmış avtobus zolaqları və mikromobillik infrastrukturunun yaradılması müsbət addım olsa da, piyada infrastrukturu bu prosesin mərkəzində dayanmalıdır. “Çünki hər bir səfərin başlanğıcı və sonu piyada hərəkəti ilə bağlıdır. Əgər bu hissə zəifdirsə, digər nəqliyyat növlərinin effektivliyi də aşağı düşür. Avtomobil sürücüləri arasında piyada yönümlü dəyişikliklərə qarşı müqavimət də müşahidə olunur. İllərlə avtomobilin üstünlük təşkil etdiyi şəhərlərdə bu, gözlənilən haldır. Bəzi yanaşmalarda piyada keçidlərinin məhdudlaşdırılması kimi fikirlər səsləndirilir ki, bu da müasir şəhər planlaması prinsiplərinə ziddir”,-deyə R.Ağamirzəyev əlavə edib.

Ekspert qeyd edib ki, müasir şəhərlərdə əsas məqsəd piyadanın gözləməsini minimuma endirmək, onun təhlükəsiz və rahat hərəkətini təmin etməkdir.

Onun sözlərinə görə, beynəlxalq təcrübədə piyada keçidlərində işıqfor fazalarının müddəti keçidin uzunluğuna uyğun hesablanır və orta hərəkət sürəti saniyədə 1,3 metr götürülür. Bu yanaşma piyadaların təhlükəsiz keçidini təmin etməyə yönəlib və göstərir ki, prioritet məhz insan həyatıdır.

Ekspert inklüzivlik sahəsində də ciddi boşluqların olduğunu diqqətə çatdırıb: “Əhalinin təxminən 38 faizi azmobildir. Lakin mövcud səkilərin bir çoxunda panduslar yoxdur, olanlar isə standartlara cavab vermir. Taktil xətlər ya ümumiyyətlə mövcud deyil, ya da düzgün tətbiq olunmayıb. Bu isə görmə məhdudiyyətli şəxslərin hərəkətini çətinləşdirir”.

R.Ağamirzəyev əlavə edib ki, səki hündürlüklərinin normadan artıq olması və məhlə girişlərinin uyğun qurulmaması da ciddi problemlər yaradır: “Bəzi hallarda səki ilə yol arasında kəskin fərq yaranır ki, bu da həm yaşlılar, həm də uşaq arabası ilə hərəkət edən valideynlər üçün çətinlik yaradır”.

Ekspert vertikal hərəkət elementləri ilə bağlı problemlərə də toxunub: “Yeraltı və yerüstü keçidlərdə pilləkənlərin çox dik olması, meyillik bucağının yüksəkliyi onların istifadəsini çətinləşdirir. Halbuki standartlara görə pillə hündürlüyü 15–17 santimetr, meyillik isə 30–35 dərəcə civarında olmalıdır. Bu parametrlər pozulduqda həm istifadə rahatlığı azalır, həm də yıxılma riski artır”.

Onun sözlərinə görə, inklüzivlik baxımından pilləkənlərdə tutacaqların olmaması, ara meydançaların nəzərdə tutulmaması da əlavə çətinliklər yaradır: “Bu cür elementlər sadə görünə bilər, lakin gündəlik istifadə üçün böyük əhəmiyyət daşıyır”.

R.Ağamirzəyev qeyd edib ki, ictimai nəqliyyat dayanacaqları ətrafında da problemlər qalmaqdadır: “Bəzi dayanacaqlarda avtobusların bordürə tam yanaşması üçün şərait yoxdur. Bu isə sərnişinlərin minib-düşməsini çətinləşdirir. Müasir yanaşmada platforma tipli həllər – məsələn, Vyana platformaları tətbiq olunmalıdır”.

Ekspert həmçinin qeyri-qanuni parkinqin geniş yayılmış problem olduğunu vurğulayıb: “Avtomobillərin səkilərdə və piyada keçidlərində saxlanılması piyadaların hərəkətini məhdudlaşdırır və onları təhlükəli zonalara yönəldir. Bu hallara qarşı nəzarət və cərimə mexanizmləri gücləndirilməlidir”.

Onun fikrincə, problemlərin həlli üçün kompleks yanaşma tələb olunur: “Yalnız yeni layihələrin icrası kifayət deyil, mövcud infrastruktur da təhlil edilməli, qəza baş verən nöqtələr üzrə mikro və makro səviyyədə analizlər aparılmalıdır. Hər bir hadisənin baş verdiyi mühit öyrənilməli və uyğun həllər tətbiq olunmalıdır”.

Ekspert vurğulayıb ki, şəhərin əsas dəyəri insandır: “Əgər biz təhlükəsiz və yaşana bilən şəhər qurmaq istəyiriksə, ilk növbədə piyadaya diqqət yetirməliyik. Piyada infrastrukturu yalnız rahatlıq məsələsi deyil, bu, birbaşa insan həyatının qorunması məsələsidir”.

Müxbir-Vüqar Qurbanoğlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb