Mövlud Çavuşoğlu Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Ankara, 9 noyabr, AZƏRTAC
Qardaş Azərbaycanın Dövlət Bayrağı Günü mübarək olsun! Qəhrəman Ordusunun azad etdiyi torpaqlarda şanlı Azərbaycan bayrağı yenidən dalğalanır. Üçrəngli bayrağınla məsud yaşa Can Azərbaycan!
AZƏRTAC xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu sözlərlə “Twitter” səhifəsində xalqımıza təbriklərini çatdırıb. Paylaşıma üçrəngli bayrağımızla Şuşanın birgə fotoları əlavə edilib.
Nazir, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 8-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul etməsi barədə məlumat verib, qəbuldan fotolar paylaşıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]