Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müasir kənd təsərrüfatı texnikaları məhsul istehsalının artımına və əl əməyinin yüngülləşdirilməsinə xidmət edir

Naxçıvan, 31 mart, AZƏRTAC

Muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması sahəsində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” bu baxımdan mühüm əhəmiyyət daşıyır. Torpaq mülkiyyətçiləri və fermerlərin, eləcə də ailə təsərrüfatçılarının müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunması da məhsul istehsalını və bu sahəyə marağı artırır, əl əməyini yüngülləşdirir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 31-də “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnika və avadanlıqlarının təqdimatı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

“Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov məlumat verib ki, muxtar respublikada kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Hər il müasir meliorasiya-irriqasiya sistemləri qurulur, bu hesaba yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Torpaq mülkiyyətçilərinə kənd təsərrüfatı texnikaları verilir, kənd təsərrüfatı təmayüllü istehsal müəssisələrinin fəaliyyəti dəstəklənir. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikada fermer və torpaq mülkiyyətçiləri formalaşıb. Son illər muxtar respublikaya 3282 texnika və texnoloji avadanlıq alınıb gətirilib, onlardan 2632-si lizinq yolu ilə sahibkarlara verilib. Vasif Məmmədov bundan sonra da işlərini günün tələbləri səviyyəsində quracaqlarına söz verib, yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il ölkəmizdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu gün 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür. Soyqırımı qurbanlarının əziz xatirəsini yad edirik. Belə hadisələrin təkrar olunmaması üçün ölkəmiz daim güclənməli, iqtisadi qüdrətini daha da artırmalıdır. Çünki iqtisadi və siyasi qüdrəti olan ölkəyə qarşı soyqırımı törətmək də mümkün deyil.

Ali Məclisin Sədri deyib: Ölkəmizdə iqtisadiyyatın əsas qollarından biri olan kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə kənd təsərrüfatının bütün sahələri üzrə güzəştlər tətbiq olunmuş, aqrar sahədə kompleks tədbirlər həyata keçirilmişdir. Bu gün təqdimatı keçirilən kənd təsərrüfatı texnikaları da ölkəmizdə kənd təsərrüfatının və bu sahədə sahibkarlığın inkişafına dəstək, eyni zamanda, ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfədir. O ölkədə inkişaf təmin olunmuş hesab edilir ki, həmin ölkənin inkişafı kənd təsərrüfatının üzərində qurulur. Kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması bütün dövrlər üçün vacibdir. Bütün bunlar nəzərə alınaraq muxtar respublikada da kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərilir.

Ali Məclisin Sədri deyib: Ötən ilin mart ayında muxtar respublikada kənd təsərrüfatı texnikalarının təqdimatı keçirildi. Həmin vaxtdan ötən dövrdə 366 adda yeni kənd təsərrüfatı texnikası və avadanlığı alınaraq muxtar respublikaya gətirilmiş, onlardan 106-sı sahibkarlara verilmişdir. Yaradılan şəraitin və görülən işlərin nəticəsidir ki, muxtar respublikada kənd təsərrüfatı inkişaf edir, yeni sahibkarlar və fermerlər sinfi formalaşır, ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, eyni zamanda, kənd təsərrüfatı məhsullarının ixracına geniş imkanlar yaranır. Həmçinin bu sahənin vacibliyi nəzərə alınaraq müzakirələr aparılır, yeni qərarlar qəbul edilir, gələcək planlar müəyyənləşdirilir və həyata keçirilir. Artıq bir neçə ildir ki, “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti texnika və avadanlıqları sahibkarların sifarişi əsasında alıb gətirir.

“Kənd təsərrüfatı sahəsində əl əməyi nə qədər yüngülləşərsə, bu sahəyə maraq o qədər artar, məhsul istehsalı yüksək olar”, - deyən Ali Məclisin Sədri bildirib ki, subsidiyaların verilməsi, güzəştlərin tətbiq olunması da kənd təsərrüfatına marağı artırıb, inkişaf təmin olunub. Ona görə də “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin əsas vəzifələrindən biri bundan sonra da sahibkarların sifarişləri əsasında yeni texnoloji avadanlıqları alıb gətirməkdir. Cəmiyyət bununla yanaşı, eyni zamanda, sahibkar və fermerlərə servis xidməti də göstərməlidir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi müasir əkin və suvarma üsulları ilə bağlı əhali arasında maarifləndirmə işləri aparmalı, dövlətimiz tərəfindən bu sahədə qəbul olunmuş qərarlar tam icra olunmalıdır.

Ali Məclisin Sədri “Hər bir texnika bir ailənin iş yeri deməkdir. Hər bir texnika məhsul istehsalı, məhsuldarlığın artırılması deməkdir. Ona görə də texnikalar qorunmalı, onlar uzun müddət muxtar respublikanın kənd təsərrüfatı sahəsində istifadə edilməlidir”, - deyərək, yeni texnikaların alınıb gətirilməsində əməyi olanlara təşəkkürünü bildirib.

Sonra yeni alınmış texnikalara baxış olub. Qeyd olunub ki, 2020-2021-ci illərdə sahibkarların texnika təminatını düzgün təmin etmək üçün 366 kənd təsərrüfatı texnikası və texnoloji avadanlığı alınaraq muxtar respublikaya gətirilib. Müasir traktorlar, taxılsəpənlər, kartof əkini, becərilməsi və yığımında istifadə olunan texnikalar, toxum istehsalı avadanlıqları, kotan, ekskavator-buldozerlər, suvarma sistemləri və digər texnikalar kənd təsərrüfatı işlərində əl əməyini xeyli yüngülləşdirəcək, məhsulun itkisiz yığımına və tədarükünə imkan verəcəkdir. Texnikalar alınarkən torpaq mülkiyyətçiləri, ailə təsərrüfatları və fermerlərin sifarişlərinin nəzərə alınması isə məhsul istehsalının artırılmasında başlıca şərtdir. Bu ilin ötən dövründə “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınmış texnikalardan 106-sı, ümumilikdə isə 2020-2021-ci illərdə 368 texnika və texnoloji avadanlıq lizinqə verilib. Bununla yanaşı, bu il Türkiyə Respublikasından bələdiyyələr üçün 15 qoşqu da alınıb.

Muxtar respublikada yaz-tarla işlərinin başladığı bu günlərdə tələbata uyğun kənd təsərrüfatı texnikaları və avadanlıqlarının alınıb gətirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki aqrar sahənin inkişafında, ərzaq məhsulları istehsalının artırılmasında və itkisiz məhsul yığımında başlıca amillərdən biri də torpaq mülkiyyətçilərinin və fermerlərin müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunmasıdır. Yeni innovativ texnologiyaların tətbiqi həm də əkinlərin optimal müddətdə aqrotexniki qaydalara uyğun aparılmasına, məhsulun vaxtında yığılmasına, məhsuldarlığın yüksəldilməsinə, əl əməyinin yüngülləşdirilməsinə və məhsul istehsalına çəkilən xərclərin azalmasına, bazarda yerli məhsulların üstünlük təşkil etməsinə, ümumilikdə isə ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verir.

Bildirilib ki, cəmiyyətin özündə və rayon bazalarında yerləşən bitkiçilik və heyvandarlıq apteklərində kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan dərmanlar satışa çıxarılır. Dərmanların istifadə qaydası haqqında torpaq mülkiyyətçilərinə və fermerlərə əvvəlcədən məlumat verilir. Cəmiyyətin anbarında kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri də vardır.

Ali Məclisin Sədri kənd təsərrüfatında yeni innovasiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb, texnikalarla təminat və texniki qulluq işinin diqqətdə saxlanılması, əkin sahələrinə nəzarət olunması, yerlərdə baytarlıq apteklərinin yaradılması, Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti ixtisası tələbələrinin bu işlərə cəlb edilməsi, alınan texnikalardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına cəlb edilmiş ailə təsərrüfatlarına da təqdim edilməsi barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər