Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müasir müharibələrdə psixoloji itkilər

Müasir müharibələrdə psixoloji itkilər

Bakı, 1 oktyabr, AZƏRTAC

Postmüharibə dövrü döyüşlərin qazandırdığı problemlərlə gündəmdə olur. Müasir müharibə iştirakçıları döyüş yolundan və onun çətinliyindən asılı olaraq psixoloji sağlamlıq problemləri yaşayırlar. Sanitar itkilərlə yanaşı, psixoloji itkilər də qaçılmazdır. Psixoloji itkilər gələcəkdə bir çox fəsadlara yol aça bilir ki, bu da veteranın həm özünün, həm də ətrafının müəyyən çətinliklər yaşamasına səbəb olur. Müasir ordu sənayesi silahları öldürməkdən çox, ömürlük şikəst edəcək qabiliyyətə hesablayır. Hər iki tərəf rəqibinin döyüşçüsünü öldürməkdən daha çox illər boyu süründürəcək yara vurmağa və yaxud əlil etməyə meyillidir. Çünki müharibə əlilləri, həmçinin psixoloji xəstəliyə yoluxan şəxslər olaraq cəmiyyətə mənəvi-psixoloji zərbədir. Burada dövlətə dəyən maddi ziyanı da nəzərə almaq lazımdır. Əlillərin reabilitasiyası, mütəmadi həkim nəzarəti, tibbi preparatlar, əlillik, fiziki məhdudiyyətli şəxslərə göstərilən qayğı - hər biri müəyyən maddi resurslar tələb edir. Həmçinin əlillərin yaşadıqları çətinliklər və sarsıntılar yalnız ailələrə deyil, cəmiyyətə də psixoloji təsir göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında hərbçi, psixoloq Amil Məhərrəmoğlu deyib.

O bildirib ki, postmüharibə dövründə veteranlar əsasən depressiya, narahatlıq və maddə asılılığı da daxil olmaqla müxtəlif psixoloji, qeyri-adekvat vəziyyətlərə həssaslıq nümayiş etdirirlər. Həmin həssaslıq döyüş stres reaksiyasına (DSR) aid edilir və özünü uzunmüddətli döyüş əməliyyatlarında iştirak etmiş şəxslərdə daha qabarıq göstərir: “Amerika psixoloqları İkinci Dünya müharibəsi zamanı müəyyən ediblər ki, cəbhə xəttində bir əsgər üçün qırılma nöqtəsi döyüşün intensivliyindən və tezliyindən asılı olaraq, 60-240 gün arasındadır. Qırılma nöqtəsi nədir? Hərbçilərdə buna uzunmüddətli stres halında psixoloji təslimiyyət halı demək olar. Məlumat üçün deyə bilərik ki, psixoloji təslimiyyət halı - apatiya, dissosiativ reaksiya, öyrənilmiş çarəsizlik və s. bunun kimi elmi terminlərə yaxın anlayışdır. Belə ki, insan psixologiyası stres, təzyiq və ya mənfi təcrübənin birləşməsindən qaynaqlanan ağır psixi yüklənmələr zamanı “gücü çatmayanı” qəbul etmir. Orduda məşhur olan “ayıq ol, sağ qal” fundamental deyimi hərbçini fasiləsiz stres altında saxlaya bilir. Eyni zamanda, bu deyim hərbçinin daimi olaraq təhdid altında olmasından xəbər verir. Döyüş zamanı isə bu deyimdə “ayıq ol” ifadəsi qüvvədən düşür. Raket artilleriya silahlarının, kütləvi qırğın silahlarının, pilotsuz uçuş aparatlarının və aviasiya bombardmanının intensivliyi döyüşün şiddətini artırır. Belə olduqda, inkişaf etmiş ölkələrin orduları da daxil olmaqla bütün döyüş əməliyyatlarına cəlb edilmiş heyətdə psixoloji itkilərin olması təbii haldır. Lakin həmin itkilər statistik olaraq döyüş növündən və düşmən qüvvələrdən asılı olaraq dəyişə bilir”.

Amil Məhərrəmoğlu diqqətə çatdırıb ki, psixoloji itkilərə təsir edən əsas amillər əsgərin təchizatı (qoruyucu gödəkcə, dəbilqə, fərdi təminatı, silahı), peşəkarlıq səviyyəsi, döyüş apardığı silah-texnika cəhətdən, döyüşə psixi və fiziki hazırlığı, döyüşün növü (hücum, müdafiə), döyüşün şəraiti (baş verdiyi coğrafiya, relyef,), fərdin şəxsi keyfiyyətləridir (temperamenti, psixotipi, dünyagörüşü və s.). Psixoloji itkilər dedikdə isə ilkin olaraq döyüş zamanı açıq yara almayan, qorxu, təşviş, həyəcan keçirən şəxsi heyət nəzərdə tutulur. “Bir çox hallarda müharibə bitdikdən sonra təsiri uzun müddət davam edə bilir. Beynəlxalq standartlarda Post Travmatik Stress Pozuntusu (PSTP) adlanır. PSTP müxtəlif müharibələrdə fərqli faizlərlə ifadə olunur”.

Ölkəmizə gəldikdə hərbçi, psixoloqun sözlərinə görə, Birinci və İkinci Qarabağ müharibələrinə diqqət yetirsək görərik ki, 1-ci dövr daha çox ağrı-acılı hadisələrlə yadda qalıb. “Əvvəla, 1990-cı illərdə “psixoloji travma” və “psixoloji dəstək” anlayışları Azərbaycanda yalnız bir ovuc mütəxəssisə məlum idi. İkincisi, psixologiyaya vaxt yox idi, bütün səylər müharibə qasırğası ilə parçalanmış Sovet İttifaqının xarabalıqlarında fiziki sağ qalmağa yönəlmişdi. Rusiyada 1990-cı illəri adətən “vəhşi doxsanıncı illər” adlandırırlar. Azərbaycanda bu ifadə keçərli deyil. Biz onu, sadəcə, rəmzi olaraq “məyusluq onilliyi” adlandıra bilərik”, - deyə o qeyd edib.

Amil Məhərrəmoğlu vurğulayıb ki, Vətən müharibəsində aktiv döyüşlər 44 gün ərzində baş verib. Bu isə bir əsgərin istirahətsiz döyüş aparma gücündə olan normal müddətdir: “İkinci Qarabağ müharibəsindən sonra az da olsa, psixoloji itkilərə rast gəlmək mümkündür. Ölkəmizdə bu sahədəki rəqəmlərə “YAŞAT” Fondunun hesabat sənədlərində rast gəlmək olar. Azərbaycan Ordusunda döyüşçülər arasında barotravma halları, yəni ətrafda yaranan qaz və hidrotəzyiqin kəskin fərqi nəticəsində hüceyrələrin fiziki zədələnməsi prosesi, qapalı kəllə-beyin travması, qəlpə təsiri ilə yaralanma (həlak olma) olub. Barotravma diaqnozu, əsasən, artilleriya mərmilərinin partlaması zamanı yüksək təzyiqin ağciyərlərin, qulağın, orta qulağın və beyindaxili hava boşluqlarının fiziki zədələnməsi ilə nəticələnirdi. Postmüharibə dövründə veteranlar arasında aparılan araşdırmalara görə, iştirakçıların yaddaşında qalan müharibə səhnələri, əsasən, artilleriya və ya minomyot mərmilərinin partlaması, həlak olan yoldaşlarına görə günahkarlıq, sağ qaldıqları üçün özünüqınama kimi depressiv hisslər müharibədən 5 il keçməsinə baxmayaraq, hələ də aktualdır”.

Mütəxəssisin sözlərinə görə, təəssüflər olsun ki, heç bir dövrdə bu sahədə elmi tədqiqatlar aparılmayıb. Lakin belə halların az-az baş verməsinə baxmayaraq, əlimizdə olan məhdud məlumatlar günümüzdə bu sahənin dərindən araşdırılmasına və əsaslı öyrənilməsinə ehtiyac olduğunu göstərir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam