MÜDAFİƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazir xanım M.Verntsə bildirmişdir ki, siz fəaliyyətinizi layiqincə yerinə yetirmişsiniz və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanda planlaşdırdığı tədbirləri nümayəndəlik vaxtında həyata keçirmişdir.
Xanım M.Vernts Azərbaycanda Beynəlxalq Qızıl Xaç Komitəsinin təkliflərinə diqqətlə yanaşıldığına və vaxtında cavab verildiyinə görə Azərbaycan hökumətinə təşəkkür edərək söyləmişdir ki, mən bu ölkəni nikbin hisslərlə tərk edirəm. Çünki son illər burada müsbət dəyişikliklərin baş verdiyinin şahidi olmuşam. BQXK ilə Azərbaycan hökuməti arasında münasibətlər daha da yaxşılaşmış və bu günlərdə Bərdə şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin ofisinin açılmasını əhəmiyyətli hadisə hesab edirəm.
O, keçirilən kurslarda Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin fəal iştirak etdiyindən razı qaldığını bildirmiş və gələcəkdə də bu fəaliyyətin uğurla davam etdiriləcəyinə inandığını demişdir.
Səfər Əbiyev xanım M.Verntsə və M.Amaşerə öz fəaliyyətlərində uğurlar arzulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]