Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı məlumat yayıb
Bakı, 6 fevral, AZƏRTAC
Müdafiə Sənayesi Nazirliyi “Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, bu gün saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Məlumat üçün bildirilir ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:27]
AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir
- 23.09.2026 [16:48]
Əfv sərəncamının icrası başa çatıb – YENİLƏNİB VİDEO
- 23.09.2026 [16:38]
Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ
- 23.09.2026 [16:37]
Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb
- 23.09.2026 [16:17]
Əfv edilən şəxs: Prezidentimiz bizi ailəmizə qovuşdurdu VİDEO
- 23.09.2026 [16:09]
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir
- 23.09.2026 [16:05]