Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müəllimlər yeni tədris ili gözləntilərindən danışdılar

Müəllimlər yeni tədris ili gözləntilərindən danışdılar

Bakı, 15 sentyabr, AZƏRTAC

Bu gündən 2023-2024-cü illər üzrə tədris ili başlayır. Şagirdlər qədər müəllimlər də yeni dərs ilində həyəcanlı və ümidlidirlər. Onlar hər il yüzlərlə şagirdlə tanış olsalar da, hissləri dəyişməz olaraq qalır. Paytaxt məktəblərinin müəllimləri Bilik Günü və yeni tədris ilindən gözləntiləri ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüblər.

Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi İlahə Gərayeva işğaldan azad olunmuş torpaqlarımızda zəng sədalarının eşidiləcəyi üçün çox sevinclidir. O, hesab edir ki, təhsildə aparılan islahatlar və müəllimlərin sertifikasiyadan keçməsi nəticəsində cari tədris ilində təhsildə keyfiyyət daha da yüksələcək: “Müəllim təhsildə aparıcı qüvvədir, müəllimin inkişafı təhsilin inkişafı deməkdir. Ötən il məktəbimiz müsabiqə və olimpiadalarda, qəbul nəticələrində uğurlu nəticələr göstərib. Təhsildə məktəblərarası sağlam rəqabət önəmlidir. Bu, inkişafa səbəb olan amillərdən biridir. Ümidvaram ki, yeni tədris ilində də daha yaxşı nəticələr əldə edərək məktəblər arasında ön sıralarda olacağıq”.

İlahə Gərayeva şagirdlərin dünyagörüşünün və psixoloji vəziyyətinin müsbətə doğru dəyişməsi üçün dərnəklərin təşkil olunmasını təklif edir: “Məşhur alim Qalileo Qaliley demişdi ki, biz əslində öz bildiklərimizi şagirdlərə öyrədə bilmərik, biz onlara özlərini tapmağa kömək etməliyik.

Arzu edirəm ki, şagirdlərimiz savad, tərbiyə almaqla yanaşı, bir şəxsiyyət kimi formalaşsınlar, arzu etdiklərini dərk edə bilsinlər. Biz şagirdlərlə tez-tez bu yönümdə söhbətlər aparmalı, dərnəklər təşkil etməliyik. İnanıram ki, bu, yaxşı nəticələr verəcək”.

Məktəb-Lisey Kompleksinin ibtidai sinif müəllimi Fazilə Fərzəliyeva yeni tədris ilindən böyük gözləntilərinin olduğunu deyir. O, müəllimlər üçün təşkil olunan seminarlarda təlim metodlarını daha təkmil şəkildə öyrənməyə nail olduğunu və sinif şəraitində bunun tətbiqinin təhsilimizə yeni uğurlar gətirəcəyini hesab edir: “Çox gözəl bir gənclik, müəllim ordusu yetişir. Məsələn, başa vurduğumuz tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri mənim sinfimdə təcrübədə olublar. Çox gözəl, sərbəst, özünəinamı olan gələcəyin müəllimləri ilə rastlaşdım. Amma təcrübələri həddindən artıq azdır. Onlar ancaq dördüncü kursda təcrübəyə gedirlər. Məktəblərə yüksək bal toplamış müəllimlərimiz gəlirlər. Amma əksəriyyəti sinfi idarə edə bilmir. Müəllim gələcəyin memarıdır. Bu müəllimlər azı iki il təcrübə keçməlidirlər. Nəzəriyyədən çox təcrübədə uğur qazanılır.

Əgər müəllim sinifdə demokratik mühit yarada bilirsə, müəllim-şagird, müəllim-valideyn effektiv münasibəti qura bilirsə, şagirddə özünəinam olursa, təlimə verilən tələblər çərçivəsində şagirdin marağı əsasında dərs qurulursa, o sinfi uğurlar gözləyir. Şagirdin uğuru gələcək cəmiyyətin qazancıdır”.

246 saylı məktəbin ibtidai sinif müəllimi Sevda Namazova yeni tədris ilində müəllimlərin daha səylə çalışıb, şagirdlərin yaxşı nəticə göstərməsi üçün onlara bələdçi olmalarını arzu edir. O, şagirdlərin gələcəkdə seçəcəkləri peşəni valideynlərinin deyil, öz həvəsləri ilə seçmələrini tövsiyə edib: “Bu yolda düzgün seçim etmək üçün şagirdlərə həm valideyn, həm də müəllimlər dəstək olmalıdır.

Həmçinin diləyirəm ki, təhsil sisteminin inkişafı ilə şagirdlər repetitor yanına getməyə ehtiyac duymasın. Dərsliklərdə olan tapşırıqlar ali və orta ixtisas məktəblərinə qəbul olmaq istəyən şagirdlərin dərs zamanı öyrəndikləri mövzuları əhatə etsin. X-XI sinif şagirdləri günlərinin çox hissəsini hazırlıqda keçirməyə məcbur olmasınlar. Fiziki tərbiyə dərsləri ilə yanaşı, şagirdlərə sağlamlıqlarını qorumaq, sağlam qidalanmaq haqqında tez-tez məlumatlar verilməsi üçün müəyyən saatlar ayrılsın”.

283 nömrəli tam orta məktəbin informatika müəllimi Aynur Mürşüdova hər zaman şagirdlərə yeni biliklər öyrətmək, bacarıqlar formalaşdırmağın ən böyük hədəfi olduğunu deyir: “Bu hədəfə nail olmaq üçün daim yeniliklər axtarışında olmaq, bu yenilikləri tədris prosesində tətbiq etmək və tətbiq olunan innovativ yanaşmaları şagirdlərin nailiyyətlərində seyr etmək bir pedaqoq olaraq mənə mənəvi zövq verir. Təhsil cəmiyyətin tərəqqisi üçün böyük əhəmiyyət kəsb edib və çağdaş dövrdə də bu aktuallığını qoruyub saxlayır. Təhsil daim innovativlik, kreativlik tələb edən, davamlı şəkildə yenilənən sahədir. Xüsusilə rəqəmsal texnologiyaların hökm sürdüyü müasir informasiya cəmiyyətinin tələbləri təhsilalanların meyil və maraqlarını nəzərə alaraq bir sıra dəyişikliklər zərurətini ortaya çıxarır. Zənnimcə, şagirdlərə öyrəndikləri bilik və bacarıqları əyani şəkildə nümayiş etdirmək üçün praktik bacarıqların yoxlanılmasına xidmət edən müsabiqə və olimpiadaların təşkil edilməsi daha da təqdirəlayiq olardı. Belə ki, hafizəyə əsaslanan təhsil deyil, əldə olunan bilikləri bacarıq və vərdişə çevirən müsabiqələr şagirdlərin maraq dairəsinə daha uyğundur”.

Aynur Mürşüdova tədris vərdişlərinin yenilənməsi üçün təkliflərini irəli sürüb: “Şagirdlərdə XXI əsr bacarıqlarının aşılanması, o cümlədən sərbəst düşünmək, problemləri həll etmək, komanda şəklində işləmək, yeni ideyalar yaratmaq, texnika və texnologiyadan düzgün istifadə vərdişlərinin formalaşdırılmasında pedaqoqların müstəsna xidmətləri var. Bu vərdişlər sırasına dövrün tələblərinə uyğun süni intellekt texnologiyalarına əsaslanan bilik və bacarıqların da əlavə olunması şagirdlərin tədris prosesinə olan maraqlarını daha da artırmağa, onlarda müasir kompetensiyalar formalaşdırmağa nail olacaq. Bu resursların əlçatan olması şagirdlərin çoxşaxəli istiqamətlərdə fəaliyyətinə zəmin yaradacaq, bütün elm sahələrinin ahəngdar inkişafına təkan verəcək”.

204 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Vəfa Rüstəmova azyaşlı uşaqlarla işin xüsusi diqqət və məsuliyyət tələb etdiyini söyləyir. O deyir ki, təhsilin bu pilləsində əldə edilən uğurların kökündə şagirdlərə olan sevgi və qayğı durur: “Ötən tədris ili mənim üçün çox uğurlu oldu. Dərs dediyim 4-cü sinif şagirdləri iyun ayında keçirilən monitorinqdə Bakı şəhəri üzrə yüksək nəticə göstərərək birincilərdən oldular. Bu münasibətlə mən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sentyabr konfransına dəvət olundum. Konfransdakı çıxışım və Təhsil İdarəsi tərəfindən fəxri fərmanla mükafatlandırılmağım bir müəllim kimi məni çox qürurlandırdı. Bu hadisə məni yeni tədris ilində daha da həvəslə işləməyə ruhlandırır.

Bu ildən yenidən birincilərə dərs deyəcəyəm. Artıq bir neçə ildir ki, məktəblərimizdə beşyaşlı uşaqlar məktəbəhazırlıq qruplarına cəlb olunurlar. Bu da uşaqların məktəbə adaptasiya olunması, ilkin bacarıqların formalaşdırılması baxımından çox vacibdir. Bu il mənim dərs deyəcəyim şagirdlərin çoxu keçən il məktəbəhazırlıq qrupunda olublar.

Birinci sinif təhsilin ilk təməlidir. Bu təməlin möhkəm, sağlam qoyulması bizim - ibtidai sinif müəllimlərinin ən vacib vəzifəmizdir. Həmişə olduğu kimi mən uşaqların oxu, yazı və riyazi bacarıqlarına yiyələnmələri üçün ən effektiv üsul və vasitələrdən istifadə etməyə, dərsi onların meyil və maraqlarına uyğun təşkil etməyə çalışacağam. Sevərək və sevdirərək öyrətmək - bu mənim əsas iş prinsipimdir. Bu təhsil ilində də şagirdlərimin onlardan olan gözləntilərimi doğruldacaqlarına, yüksək nailiyyətlər göstərəcəklərinə inanıram”.

Vəfa Rüstəmova müasir dövrün şagirdlərini tədqiqatçı adlandırır: “Dövlətimiz təhsilə daim diqqət və qayğı göstərir. Yeni təhsil ocaqları tikilir, təmir edilib istifadəyə verilir, məktəblər lazımi avadanlıqlarla təchiz olunur. Texnologiya şagirdlərə oturmaqdan və dinləmədən kənara çıxmağa kömək edir. Müasir şagird tədqiqatçıdır. Müxtəlif mövzular üzrə araşdırma aparır, problemli situasiyadan çıxış yolunu müəyyən edir. Fikrimcə, dərslərin müasir dövrün tələblərinə uyğun və maraqlı təşkili üçün hər bir şagirdin dərsliklərlə yanaşı, elektron cihazlarla (planşet, kompüter və s.) təmin olunması daha yaxşı olardı. Həmçinin məktəblərdə şagird nailiyyətlərinin ölçülməsi üçün kiçik və böyük summativ qiymətləndirmələr aparılır. Bunun üçün test tapşırıqlarının hazırlanması, sonra yoxlanması müəllimin çox vaxt sərf etməsinə səbəb olur. Qiymətləndirmənin elektron formatda keçirilməsi kağıza qənaətlə yanaşı, təbiətin, ağacların qorunması deməkdir. Bu, qiymətləndirmənin daha obyektiv və şəffaf keçirilməsinə və vaxt itkisinin qarşısının alınmasına da kömək edərdi. Doğrudur, məktəblərdə kompüter otaqları təşkil olunur və bir sıra məktəblərdə qiymətləndirmənin bu formatda keçirilməsinə pilot layihə kimi start verilib. Gələcəkdə bunun bütün məktəblərdə tətbiq olunmasını zəruri hesab edirəm”.

Xatırladaq ki, 2023-2024-cü tədris ilində 1 milyon 612 min 294 şagird təhsil alacaq. Onlardan 135 min 418-i birinci sinif şagirdidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib