Müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirməyə start verilir
Bakı, 2 oktyabr, AZƏRTAC
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirməyə start verilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yerləşdirmədə iştirak etmək istəyən namizədlər oktyabrın 2-si saat 18:00-dan oktyabrın 5-i saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Növbəti yerləşdirmə zamanı boş qalan vakant yerlərlə yanaşı, yeni yaranan vakant yerlər də elan olunacaq. Bu mərhələdə 4000-dən çox vakant yerin çıxarılması nəzərdə tutulub.
Müsabiqənin əsas və əlavə yerləşdirilmə mərhələsinə 9562 vakant yer çıxarılıb və 6417 namizəd işə qəbul edilib.
Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]