Müəllimlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsinin keçiriləcəyi imtahan mərkəzləri açıqlanıb
Bakı, 16 iyun, AZƏRTAC
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin tarixləri və keçiriləcəyi imtahan mərkəzləri açıqlanıb.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən AZƏRTAC-a bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırma prosesi iyunun 20-dən 23-dək davam edəcək.
Sertifikatlaşdırma prosesi üzrə cədvəli təqdim edirik.