MÜHƏNDİS PAVEL POTOTSKİNİN MEMORİALI AÇILMIŞDIR
Açılış mərasimində neftçilər, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak etmişlər.
ARDNŞ-in prezidenti Natiq Əliyev Azərbaycanda neft hasilatı tarixində əhəmiyyətli rol oynamış P.Pototskinin fəaliyyətini yüksək qiymətləndirmişdir.
XX əsrin əvvəllərində dünyada çıxarılan neftin 50 faizi, Rusiyada isə hasilatın 90 faizi Azərbaycanın payına düşürdü. Abşeronda zəngin neft yataqları kəşf olunurdu. 1906-cı ildən dənizdə neft hasilatı layihəsinin həyata keçirilməsinə başlandı. Əvvəlcədən bir neçə layihə nəzərdən keçirilmişdi, lakin onların heç biri kara gəlmədi. Bakıya artıq tanınmış neft mühəndisi Pavel Pototskini dəvət etdilər. P.Pototski yaxşı təşkilatçı, əməksevər və gözəl insan idi. O, 1919-cu ildə görmə qabiliyyətini itirmişdi. Onun layihəsi və rəhbərliyi ilə süni surətdə qurudulmuş sahədə 1923-cü ildə 82,5 metr dərinliyində ilk quyu qazıldı.
Həmin illərdə Bakıya gəlmiş Maksim Qorki təəccüblə yazırdı: ”Tamamilə kor olan P.Pototski Bibiheybəti o qədər yaxşı tanıyırdı ki, burada işə başlamaq lazım olan sahəni xəritədə səhvsiz göstərə bilirdi”. Pavel Pototski əsil əmək qəhrəmanlığı göstərmiş və Sovet İttifaqının ən yüksək mükafatına – Lenin ordeninə layiq görülmüşdü. Mühəndis onu işlədiyi yerdə - Xəzər sahilində, əməyi sayəsində yaradılmış buxtada torpağa tapşırmağı vəsiyyət etmişdi. Azərbaycan neftçiləri onun xidmətlərini heç zaman unutmayacaqlar.
N.Əliyev bildirmişdir ki, “Azərbaycan nefti və Polşa mühəndisi Pavel Pototski” kitabının ilk nüsxəsi artıq çapdan çıxmışdır.
Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski demişdir: ”Biz buraya xalqlarımızı rəmzi surətdə birləşdirən insanın xatirəsini anmaq üçün toplaşmışıq. Polşa mühəndisi Pavel Pototski ömrünün xeyli hissəsini Azərbaycanda keçirmişdir. O, Xəzərin təkindən neft çıxarılmasına şərait yaratmaq üçün Bakıya gəlmişdi”.
Səfir xatırlatmışdır ki, Pototskinin ilk qəbirüstü abidəsi dahi lider Heydər Əliyevin səyi sayəsində qoyulmuşdur. “Son illər onun təmirə ehtiyacı vardı. Biz istəyirdik ki, abidə həm Polşa, həm də Azərbaycan ənənələri və motivlərini əks etdirsin. Bu, layihənin müəllifi memar Rizvan Bayramovun, mahir usta Cahiz Qədirovun sayəsində mümkün olmuşdur”.
Abidənin üstündə polyak, Azərbaycan və ingilis dillərində bu sözlər yazılmışdır: “Polşa mühəndisi Pavel Pototski (1879-1932). Bibiheybət buxtasını qurudaraq, dünyada ilk dəfə dənizin dibindən neft çıxarılmasına nail olmuşdur”.
Sonda K.Krayevski yardıma görə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, Bakı Şəhər İcra Hakimiyyətinə və başqalarına təşəkkürünü bildirmişdir.
P.Pototskinin məzarı önünə əklillər və gül-çiçək qoyulmuşdur. Əklillərdən birinin üstündə “Pavel Pototskiyə Bibiheybət neftçilərindən” sözləri yazılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
“Fars”: İran ABŞ ilə danışıqların bərpası üçün beş şərt irəli sürüb
- 12.05.2026 [23:49]
Nazir: Türkiyə regiona rəqabət deyil, əməkdaşlıq arealı kimi baxır
- 12.05.2026 [23:23]
Tramp Çinə səfərə yola düşüb
- 12.05.2026 [23:01]
Münəvvər Əliyeva: Uzun fasilədən sonra ilk dəfə mənfi obrazı canlandırdım
- 12.05.2026 [22:31]
Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib
- 12.05.2026 [22:27]
“Bakı Metropoliteni” QSC-nin sədri sərnişinlərə çağırış edib
- 12.05.2026 [22:22]
Tramp: İranla atəşkəs barədə düşünəcəyik
- 12.05.2026 [22:20]
Vüsal Aslanov: Tramvayın konseptual planı hazırlanır
- 12.05.2026 [21:48]
Naxçıvanda ginekoloji müayinə aksiyasına başlanılıb
- 12.05.2026 [21:28]
WUF13: Bakıda keçiriləcək forumun gözləntiləri və strateji əhəmiyyəti
- 12.05.2026 [21:22]
ABŞ-nin İranla müharibəyə xərcləri 29 milyard dollara yaxınlaşır
- 12.05.2026 [20:58]
IDMC: Öz ölkələrində zorakılıqdan qaçan rekord sayda insan var
- 12.05.2026 [20:46]
Nurəddin Mehdixanlı: “Kral Lir” tamaşası mənim yaradıcılıq hesabatımdır
- 12.05.2026 [20:12]
Qazaxıstan məktəblərində süni intellekt tətbiq olunacaq
- 12.05.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 12.05.2026 [20:00]
Yubiley töhfəsi: Milli Dram Teatrında “Kral Lir”in premyerası
- 12.05.2026 [19:55]
İsveç millisinin dünya çempionatı üçün heyəti açıqlanıb
- 12.05.2026 [19:12]