Azərbaycan Dövlət İnformasiya Agentliyi

Musa Qasımlı: Biz yaşadığımız Qafqaz regionunda baş verən prosesləri dərindən öyrənməliyik

Musa Qasımlı: Biz yaşadığımız Qafqaz regionunda baş verən prosesləri dərindən öyrənməliyik

Bakı, 18 may, AZƏRTAC

Paytaxtımız növbəti beynəlxalq tədbirə hazırlaşır. AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə mayın 23-24-də Qafqazşünasların II Beynəlxalq Forumu keçiriləcək. Bölgədə cərəyan edən hadisələrin dərindən öyrənilməsi və mürəkkəb proseslərin qarşısının alınması üçün elmi cəhətdən əsaslandırılmış proqnozların verilməsi vacibdir. Çünki Qafqazda sülhün və sabitliyin bərpa olunması regionda, bütövlükdə isə beynəlxalq miqyasda sülhə və sabitliyə böyük töhfə verə bilər. Qafqazşünaslıq İnstitutu bu sahədə ciddi elmi-tədqiqatlar aparır. AZƏRTAC Qafqazşünasların II Beynəlxalq Forumu və Qafqazşünaslıq İnstitutunun fəaliyyəti barədə bu elmi müəssisənin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı ilə müsahibəni təqdim edir.

-Musa müəllim, rəhbərlik etdiyiniz institut gənc olmasına baxmayaraq, dünya qafqazşünaslarını bir araya gətirmək, fikir mübadiləsi aparmaq üçün əlverişli platforma - Qafqazşünasların Beynəlxalq Forumunu yarada bilib. Forumun təşkil edilməsini labüd edən amillər hansılardır?

-Qafqaz regionunun ərazisi 440 min kvadratkilometrdən çoxdur. Bu ərazidə təqribən 32 milyon əhali yaşayır. Bu gün bir çox ölkələrdə Qafqazı öyrənən elmi-tədqiqat və strateji araşdırma mərkəzləri fəaliyyət göstərir. Biz yaşadığımız Qafqaz regionunu, qonşularımızı, baş verən prosesləri dərindən öyrənməliyik. Çünki qonşularla münasibətlərin qurulması dövlətin siyasətində xüsusi yer tutur. Ulu öndər Heydər Əliyev deyirdi ki, “Qafqaz dünyanın böyük dövlətlərinin diqqət mərkəzindədir, dünyanın diqqətini cəlb edir”. Prezident İlham Əliyev isə bildirir ki, biz dünyada, bölgədə gedən prosesləri izləyərək ölkəmiz üçün riskləri nə qədər mümkünsə, minimum səviyyəsinə endirməyə çalışmalıyıq. Biz də institut olaraq çalışırıq ki, Azərbaycan qafqazşünaslıq elminə öz töhfələrimizi verək. 2015-ci ildə yaradılmış institutda aparılan araşdırmalar, o cümlədən Qafqaz ölkələrində gedən sosial-siyasi proseslərin və regionda yerləşən dövlətlərin xarici siyasətinin Azərbaycana təsiri, böyük və qonşu ölkələrin, beynəlxalq və regional təşkilatların Qafqaz siyasəti, regionda münaqişələr, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, hərbi təcavüzü, işğalçı siyasəti, dünyanın tanınmış siyasi və ictimai xadimlərinin Qafqaz regionuna dair baxışları və başqa problemlərin tədqiqi müvafiq sahədə məsələlərin beynəlxalq elmi səviyyədə müzakirəsinə ehtiyac yaratdı. Bu baxımdan 2017-ci ildə ilk dəfə Qafqazşünasların Beynəlxalq Forumu keçirildi.

- Builki Forum haqqında ətraflı məlumat verməyinizi xahiş edirik.

- Forumda qafqazşünaslığın bir sıra elmi problemləri - Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, regionda münaqişələr, terror, xalqlar və dövlətlərin qarşılıqlı münasibətləri, böyük dövlətlərin region siyasəti və s. müzakirə ediləcək.

Müxtəlif ölkələrin qafqazşünas alimlərinin belə geniş əməkdaşlığı ümumi işimizə yalnız fayda verəcək, regionla bağlı aktual məsələləri alimlərin diqqət mərkəzində saxlamalarına, regiona dair tədqiqatları birgə işləmələrinə kömək edəcək.

Forumu keçirməklə dünyanın müxtəlif ölkələrindən qafqazşünas alimləri çoxtərəfli formatda bir araya gətirmək, forum çərçivəsində onların ikitərəfli əməkdaşlığının qurulmasına kömək etmək və aktual elmi problemlərə dair müzakirələr aparmaq, elmi- tədqiqat perspektivlərini müəyyənləşdirmək nəzərdə tutulur. Bu sahədə tədqiqat aparan alimlərin bir-birini daha yaxından tanımasına, səylərini əlaqələndirmələrinə, çoxtərəfli və ikitərəfli formatlarda əməkdaşlıq etmələrinə ciddi ehtiyac var. Həmçinin gənclərin bu sahəyə marağını artırmaq, Qafqaz regionuna dair tədqiqatları genişləndirmək və xarici ölkələrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rol oynaya biləcək azərbaycanşünas alimlərin, tədqiqatçıların yetişdirilməsi vacibdir. İnanıram ki, bu forum Azərbaycan, o cümlədən dünya qafqazşünaslıq elmini zənginləşdirəcək.

-Qafqazşünasların II Beynəlxalq Forumunda əvvəlki ilə müqayisədə hansı yeniliklər gözlənilir?

-Birinci Forumun keçirildiyi dövrdən bugünədək Azərbaycan qafqazşünaslıq elminə marağın artdığının şahidi oluruq. Əgər birinci Forumda 175 alim və tədqiqatçı məruzə təqdim etmişdisə və onların 45 nəfəri xarici ölkələrdən idisə, builki Forumda 24 bölmədə dinlənilmək üçün Azərbaycan da daxil olmaqla 11 ölkədən 222 nəfərin məruzəsi qəbul edilib. Onların 59-u xarici ölkələrdəndir. Xaricdən olan məruzəçilərin sayının artması onu göstərir ki, AMEA-nın Qafqazşünaslıq İnstitutu müvafiq tədqiqatlar üzrə qabaqcıl elm mərkəzlərindən birinə çevrilir. Xarici ölkə alim və tədqiqatçılarının Azərbaycana məruzələr göndərməsi, tədqiqatlarında ölkəmizin xarici siyasətinin təhlilinə xüsusi yer ayırmaları Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan elminin nüfuzunun beynəlxalq aləmdə yüksəldiyinin göstəricilərindən biridir.

-Qafqazşünaslıq İnstitutu fəaliyyəti müddətində hansı nəticələri əldə edib?

-İnstitutumuz, ilk növbədə, Prezident İlham Əliyevin imzaladığı və AMEA-nın elmi müəssisələrinə aid olan sərəncam və fərmanları, dövlət proqramlarını, Nazirlər Kabinetinin qərarlarını və AMEA prezidentinin sərəncamlarını yerinə yetirib. İnstitutumuzun 2017 və 2018-ci illərə dair hesabatlarına müqayisəli yanaşdıqda elmi və təşkilati fəaliyyətin genişliyi və məhsuldarlığı baxımından yüksək dinamikanı görmək olar. Əməkdaşlarımızın elmi məqalələri Azərbaycan ilə yanaşı, xaricdə dərc olunur, xarici ölkə tədqiqatçılarının diqqətini cəlb edir, onlar bizim alimlərin əsərlərinə istinadlar edirlər. Elmi işçilərimiz Azərbaycan qafqazşünaslıq elmini xaricdə keçirilən beynəlxalq konfranslarda layiqincə təmsil edirlər. Bəzi alimlərimiz beynəlxalq elmi cəmiyyətlərin və beynəlxalq elmi jurnalların redaksiya heyətlərinin üzvüdür. Azərbaycan, rus və ingilis dillərində çap olunacaq “Qafqazşünaslıq” beynəlxalq jurnalı üçün indeks alınıb. Bu, ölkəmizdə beynəlxalq münasibətlər, regionşünaslıq və siyasi tarix üzrə ilk beynəlxalq indeksli jurnaldır.

-İnstitut gələcək fəaliyyətində nələri nəzərdə tutur?

-İnstitut müəyyənləşdirilmiş elmi-tədqiqat istiqamətlərinə uyğun araşdırmalarını davam etdirəcək. Bu il 6 kitab və məcmuə nəşr edib elmi ictimaiyyətə təqdim etməyi planlaşdırırıq. Əməkdaşlarımızın həm respublika, həm də beynəlxalq konfranslarda iştirakı nəzərdə tutulur. Əvvəlki illərə nisbətən xaricdə dərc olunan məqalələrin sayını artıracağıq.

-Məzmunlu müsahibəyə görə təşəkkür edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir