MÜSABİQƏLİ QRANT LAYİHƏLƏRİ SAYƏSİNDƏHƏM MƏHSULDARLIQ, HƏM DƏ FERMERLƏRİN GƏLİRLƏRİ ARTIR
Dörd ilə yaxındır ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi layihəsi həyata keçirilir. Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Müsabiqəli qrantlar və Elmi sistemin islahatı proqramı onun tərkib hissələrindən biridir. Akademik Cəlal Əliyevin rəhbərliyi altında həyata keçirilən Proqram çərçivəsində indiyədək 38 rayonun 112 kəndini, 500-dək fermer təsərrüfatını əhatə edən 43 layihə maliyyələşdirilmişdir. Qrant fondlarının 40 faizi dənli bitkilər, 14,9 faizi tərəvəz və kartofçuluq, 12,9 faizi heyvandarlıq, yemçilik və baytarlıq, 10 faizi meyvə və çayçılıq, 9,7 faizi pambıqçılıq, 4,5 faizi genetik ehtiyatlar, 4,5 faizi iqtisadiyyat sahələrinə yönəldilmişdir.
Təsərrüfatlarda tətbiq edilən layihələr hər hektardan 6,5-7 ton buğda, 8-10 ton qarğıdalı, 3,5-4 ton pambıq, 35-40 ton kartof götürməyə imkan vermişdir. Layihələr sayəsində gəlirlər taxılçılıqda 3 dəfə, pambıqçılıqda 2,5 dəfə, kartofçuluqda 2 dəfə artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]