Müsabiqənin qalibləri sırasında
Ordubad, 18 may (AZƏRTAC). Bakıda keçirilən Azərbaycan Respublikası dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş uşaq xor kollektivlərinin VII Respublika müsabiqəsi başa çatmışdır. Müsabiqə aprelin 4-dən 28-dək zonalar üzrə Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan şəhərlərində və Ağcabədi rayonunda keçirilmişdir.
Müsabiqədə iştirak edən Ordubad Şəhər Uşaq Musiqi Məktəbi II yerə layiq görülmüşdür. 200-dən çox uşaq xor kollektivinin çıxışları münsiflər heyətinin üzvləri tərəfindən qiymətləndirilərək 10 bal sistemi üzrə açıq səsvermə yolu ilə həyata keçirilmişdir.
Müsabiqədə dünya musiqi nümunələri, Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları səsləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]