Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
Bakı, 19 may, AZƏRTAC
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə aksiyasına "Azərlotereya" ASC-nin əməkdaşları da qoşulub.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, aksiya çərçivəsində ərazidə Abşeron rayonunun torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın qorunmasına dəstək vermək, eləcə də gələcək nəsillər üçün daha sağlam və yaşıl mühit formalaşdırmaqdır.