Musiqili Teatrın baş rəssamı beynəlxalq teatr forumunda iştirak edəcək
Bakı, 27 noyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi ilə noyabrın 28-dən dekabrın 7-dək Özbəkistanın Daşkənd şəhərində IV Beynəlxalq Gənclər Teatr Forumu keçiriləcək. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rəssamı Vüsal Rəhim ölkəmizi təmsil edən nümayəndə heyəti sırasında bu beynəlxalq layihəyə qatılacaq, 10 gün ərzində müxtəlif proqramlarda, sərgilərdə iştirak edəcək, müəllifi olduğu səhnə və geyim eskizlərini nümayiş etdirəcək.
Musiqili Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmsilçimiz, eyni zamanda, forum çərçivəsində mühazirələrə, ustad dərslərinə qatılacaq və komanda halında təşkil edilən maarifləndirici proqramlarda öz təcrübəsini dünyanın müxtəlif ölkələrindən olan həmkarları ilə bölüşəcək.
V.Rəhim forum iştirakçıları olan rəssamlarla birgə təklif olunan tamaşalara eskizlər hazırlayacaq.
Həmin eskizlər Vladimir Nikolaeviç Pankovun “Daşkənd - Çörək şəhəri” hekayəsi əsasında hazırlanacaq tamaşada fraqmentlər şəklində birləşdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]