“Müstəqillik illərində beynəlmiləl terminlərin izahlı lüğəti” çap olunub
Bakı, 13 fevral, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin elmi işçisi Aytən Hüseynova-Qəhrəmanlının “Müstəqillik illərində beynəlmiləl terminlərin izahlı lüğəti” kitabı çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşrdə müxtəlif elm sahələrinə (iqtisadiyyat, nanotexnologiya, biotexnologiya, incəsənət, diplomatiya, turizm, informasiya telekommunikasiya texnologiyaları, tibb, idman və s.) aid 1700-ə yaxın beynəlmiləl termin və terminoloji birləşmələrin izahı verilib. Kitabın redaktorları filologiya elmləri doktorları, professorlar Nadir Məmmədli və Sayalı Sadıqova, rəyçilər filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyevadır.
Lüğət geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Xüsusilə tələbələr, doktorantlar, elmi işçilər və müxtəlif elm sahələri üzrə çalışan mütəxəssislər üçün faydalı ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans
- 12.10.2026 [15:23]
“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş
- 12.10.2026 [14:23]