MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR
Təntənəli yığıncağı Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Əflatun Rufiyev açmışdır. İcra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Akif Mirzəyev “Müstəqulliyimiz əbədidir” mövzusunda məruzə etmişdir. Natiqlər Azərbaycan xalqının müstəqillik uğrunda apardığı çətin və şərəfli mübarizə yollarından bəhs edərək, ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin axırlarında parçalanmaqda olan gənc dövlətimizin xilası, onun möhkəmləndirilməsi sahəsində misilsiz xidmətlərindən danışmışlar. Habelə bildirilmişdir ki, Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa bir zamanda Azərbaycanın siyasi, iqtisadi sahədə qazandığı böyük uğurlar gənc dövlətimizi dünya ölkələri sırasında diqqətəlayiq yerə çıxarmış, onun müstəqilliyini və əbədiyaşarlığını təmin etmişdir.
Sonda bayram konserti verilmişdir.