Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mütəxəssis: Hər epileptik tutma epilepsiya xəstəliyi deyil

Mütəxəssis: Hər epileptik tutma epilepsiya xəstəliyi deyil

Bakı, 3 aprel, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Kamran Salayev epilepsiyanın yaranma səbəbləri, epilepsiya və qıcolmanın fərqi, uşaqlarda bu problemin müalicə üsulları ilə bağlı sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Kamran müəllim, uşaqlarda epilepsiyanın yaranma səbəbi nədir, genetik faktor burada nə dərəcədə rol oynayır?

- Uşaqlarda qıcolmaların və ya epilepsiyaların səbəbi müxtəlifdir. Bunlara genetik səbəblər, baş zədələri, beyin və onun örtüklərinin infeksiyaları, beyinə oksigen çatışmazlığı və digər səbəblər aiddir. Səbəbi tapmaq üçün epilepsiyanın sidromunu müəyyən etmək və neyroradioloji müayinənin nəticələri vacibdir.

Uşaqlıq dövrünə aid olan bir çox epilepsiya sindromları xoşxassəli xarakter daşıyır, yəni onlar yetkinlik yaşına qədər davam etmir, uşağın inkişafı və intellekti adətən normal olur. Bu sindromların səbəbi genetik amillərə bağlıdır.

Tutmaların proqnozu yalnız qismən onların səbəbindən asılıdır. Məsələn, iki uşaq eyni bakteriyaya yoluxa bilər və hər ikisində menengit, beyin və onurğa beynini əhatə edən qışanın infeksiyası var. Bir uşaq ağır epilepsiya ilə qalır, digər uşaq isə heç vaxt qıcolma keçirmir. Fərqli nəticələri necə izah etmək olar? Bu tam aydın deyil. Burda genetik (irsi) amillər və infeksiyanın xüsusiyyətləri rol oynaya bilər.

Epileptik tutma hər bir insanda baş verə bilər. Lakin nəticə etibarilə kimdə epilepsiya yaranacaq, kimdə yaranmayacaq, bir çox məlum və hələ də məlum olmayan amillərin bir-birinə təsir etməsindən asılıdır.

- Uşaqlarda epilepsiya hansı yaşda müşahidə edilir və əlamətləri nədir?

- Təəssüf ki, tutmanı tanımaq həmişə asan olmur. Bütün tutmalar konvulsiyalar ilə (qeyri-adi əzələ hərəkətləri) müşayiət olmur. Uşaq sadəcə donub bir nöqtəyə baxır və ya müraciətə əhəmiyyət verməyən kimi görünə bilər. Tutma ancaq bir neçə saniyə çəkə bilər. Bundan sonra uşağın beyni normal vəziyyətinə qayıdacaq. Zaman keçdikcə, tutmalar davam edərsə, vəziyyət daha ciddi həddə gələndə valideyn onu hiss edə bilər.

Yenidoğulmuş uşaqlarda və körpələrdə tutmaları tanımaq xüsusilə çətindir, çünki onlar sizə necə hiss etdiklərini deyə bilməzlər. Onların hərəkətləri də çox vaxt məqsədsiz kimi görünür və arada epileptik tutmanı görüb tanımaya bilərlər.

Valideynlər, müəllimlər və uşaqlara qulluq edən digər böyüklər epilepsiya əlamətlərinin nə olduğunu bilməlidirlər. Bu əlamətlərin bir çoxunun uşaqlıq dövründə normal davranış olduğunu qeyd etmək vacibdir. Lakin həmin əlamətlər tez-tez baş verərsə və qeyri-adi görünürsə, həkimə müraciət etməyə dəyər.

Hər epileptik tutma epilepsiya xəstəliyi deyil. Yüksək hərarət və müəyyən xəstəliklər də tutmalara səbəb ola bilər, ona görə düzgün və dəqiq diaqnoz qoymaq üçün çalışmaq lazımdır. Qısa diqqət pozulması, çaşqın davranış, yaddaş boşluqları, donub qalma, ani yıxılma və tez-tez büdrəmə, sürətli səksənmə kimi təkrarlanan, qeyri-adi hərəkətlər, ani mədə ağrısı, ardınca qarışıqlıq və qeyri-adi yuxululuq, əşyaların görünüşü, səsi, dadı, qoxusu dəyişirsə və ya "gülməli" hiss etdiyinə dair tez-tez şikayətlər, qəfil, təkrarlanan qorxu və ya qəzəb kimi əlamətlərdən birinin təkrar-təkrar baş verdiyini görsəniz, həkiminizə məlumat verin. Uşağınız məktəbdədirsə, müəllimlərdən eyni davranışlardan hansısa birini görüb-görmədiklərini soruşmalısınız.

- Epilepsiyanı qızdırmalı qıcolmalardan necə ayırd etmək olar?

- Febril tutmalar 6 aylıqdan 6 yaşa qədər uşaqların 2-4 faizində baş verir. Onlara baxmaq qorxulu ola bilər, lakin febril tutmalar beyinə zərər vermir və zəkaya təsir etmir. Febril qıcolmanın olması uşaqda epilepsiya olması demək deyil. Epilepsiya qızdırma olmadan iki və ya daha çox tutmanın olması kimi müəyyən edilir.

- Absans epilepsiyası nədir, əlamətlərinə nələr daxildir?

- Uşaq absans epilepsiyası (CAE) kiçik uşaqlarda başlayan absans tutmalarla müşayiət olunan epilepsiya sindromudur. Absans tutması zamanı uşaq donub boş baxır, ətrafdan xəbərsiz qalır, reaksiya vermir. Uşağın gözləri qısa müddətə yuxarı gedə bilər və ya göz qapaqları qırpıla bilər. Bəzi uşaqlarda ağız çeynəmə kimi təkrarlanan hərəkətlər olur. Hər bir qıcolma təxminən 10 saniyə davam edir və qəfil bitir. Uşaq tutmadan dərhal sonra normal fəaliyyətinə davam edir və tutmanın baş verdiyini bilmir.

Tez-tez absans tutmaları olan uşaqlarda öyrənmə çətinliyi ola bilər, baxmayaraq ki, uşaqlar adətən normal inkişaf edir. Bəzi uşaqlarda diqqət, konsentrasiya və yaddaş problemləri də var.

Səbəb genetikdir. Lakin uşaqların əksəriyyətində spesifik epilepsiya genləri üçün aparılan testlərdə nəticələr neqativ olur (yəni, gen tapılmır). Beynin kompüter tomoqrafiyası və MRT skanları normaldır. Diaqnoz üçün EEQ (elektroensefaloqramma) aparılır və spesifik epileptik dalğalar göstərir.

- Uşaqlarda epilepsiya xəstəliyi müalicə olunurmu?

- Tutmaları kontrol etmək üçün istifadə edilən dərmanlara antiepileptik dərmanlar (AED) deyilir. Uşağa epilepsiya diaqnozu qoyulduqdan sonra AED ilə edib-etməmək qərarı vermək üçün potensial risk və faydalarına dəyərləndirmək vacibdir.

AED-lər epilepsiya xəstələrinin təxminən 70 faizi üçün effektiv olur (təbii ki, düzgün dərmanı və ya dərman kombinasiyasını tapmaq üçün vaxt lazım ola bilər). Bir neçə dərman tutmaları kontrol edə bilmirsə, müalicə üçün digər variantlar nəzərdən keçirilə bilər. Məsələn: cərrahiyyə, vagus sinirinin stimullaşdırılması, pəhriz.

- Epilepsiyalı uşaqların valideynləri nələri bilməlidirlər?

- Valideynlər ən çox dərmanların nizamlı şəkildə qəbul olunmasına nəzarət etməlidirlər. Tutmaların səbəblərindən biri məhz dərmanın buraxılması və ya özbaşına dayandırılmasıdır. Digər vacib amil yuxudur. Uşaq yetərli qədər yuxu almalıdır, yuxu rejiminə ciddi nəzarət olunmalıdır. Yuxusuz qalan epilepsiya xəstələrində tutma ehtimalı yüksəlir. Televizor, telefon və digər vasitələrdən istifadə nəzarət altında olmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb