Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar respublikada dövlət miqrasiya siyasəti uğurla reallaşdırılır

Muxtar respublikada dövlət miqrasiya siyasəti uğurla reallaşdırılır

Naxçıvan, 31 may, AZƏRTAC

Bu gün Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsi xeyli yüksəlib, bütün sahələrdə müşahidə olunan dayanıqlı və dinamik inkişaf əcnəbilərin muxtar respublikaya olan marağını və müxtəlif məqsədlərlə bura səfər edənlərin sayını daha da artırıb. Sürətli sosial-iqtisadi tərəqqi, yeni iş yerlərinin, sosial obyektlərin açılışı, investisiya imkanlarının genişləndirilməsi, dayanıqlı sabitlik və təhlükəsizlik, eyni zamanda, əlverişli coğrafi-strateji mövqedə və mühüm nəqliyyat qovşaqlarının üzərində yerləşməsi muxtar respublikada miqrasiya proseslərinin intensivləşməsini şərtləndirib.

Miqrasiya proseslərinə dövlət nəzarəti gücləndirilib

Muxtar respublika ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq, miqrasiya proseslərini qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək, həmçinin milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 31 may tarixli müvafiq Fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradılıb.

Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Dövlət Miqrasiya Xidməti öz fəaliyyətinə uyğun olaraq miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrasiya prosesləri üzərində dövlət nəzarətinin və müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsində işlərin effektivliyinin daha da artırılması istiqamətində vəzifələrini müvəffəqiyyətlə davam etdirir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılışı zamanı bu mövzunun aktuallığını və əhəmiyyətini bir daha vurğulayaraq deyib: “Naxçıvan uzun illərdir blokada şəraitində yaşayır. Ona görə də muxtar respublikaya miqrantların gəlməsi təəccüblü görünə bilər. Lakin bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycanın iqtisadi inkişafı fonunda inkişaf edən Naxçıvan Muxtar Respublikasına qonşu ölkələrdən gələn miqrantların sayı ilbəil artır. Bu da Naxçıvanda miqrasiya tədbirlərinin həyata keçirilməsini zəruri etmişdir. Bu gün dünyada baş verən proseslər, bəzi ölkələrdə terror hadisələrinin törədilməsi bu sahədə ciddi tədbirlərin həyata keçirilməsini, xüsusilə də miqrasiya proseslərinə nəzarətin artırılmasını zəruri edir. Ölkəmizdə bu sahə üzrə qəbul edilmiş qanunvericilik bazası muxtar respublikada da miqrasiya sahəsində qarşıya qoyulan vəzifələrin hüquqi qaydada həyata keçirilməsinə təminat verir”.

Dövlət proqramlarında qarşıya qoyulan vəzifələr uğurla icra olunur

Ötən dövr ərzində mühüm əhəmiyyətə malik Dövlət proqramlarının uğurlu icrası Dövlət Miqrasiya Xidmətinin də fəaliyyətində diqqətdə saxlanılan prioritet vəzifələrdən biri olub. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində əcnəbilərin də muxtar respublikamızda əmək fəaliyyəti ilə məşğul olması diqqət mərkəzində saxlanılıb, əməkçi miqrantların muxtar respublikada qanunsuz olaraq əmək fəaliyyətinə cəlb edilməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılaraq müxtəlif tədbirlər həyata keçirilib.

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş işlərin icrası, sərhəd-buraxılış məntəqələrində sürətli keçidin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən mühüm addımlar atılıb. Belə ki, əcnəbilərin olduğu yer üzrə qeydiyyatı sadələşdirilib, qeydiyyatın aparılmasına əlverişli şərait yaradılaraq şəxsən müraciətləri ilə yanaşı, elektron qaydada da müraciətləri təmin edilib. Qeyd etmək lazımdır ki, bu gün muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxanalarla Dövlət Miqrasiya Xidməti arasında ölkəyə gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması proseduru sadələşdirilmiş formada elektron qaydada həyata keçirilir.

Muxtar respublikada miqrasiya sahəsində baş verə biləcək qanun pozuntuları minimum həddə çatıb

Dövlət Miqrasiya Xidmətinin qarşısında duran mühüm vəzifələrdən biri də əcnəbilərin qanunsuz olaraq muxtar respublika ərazisindən tranzit keçid kimi istifadə edərək üçüncü ölkəyə keçmələrinin qarşısının alınmasıdır. Əminliklə deyə bilərik ki, bu gün muxtar respublikanın ölkə xaricinə giriş-çıxış qapıları sayılan Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Beynəlxalq Hava Limanındakı sərhəd-buraxılış məntəqələrində qanunsuz miqrasiyanın qarşısının alınmasına nəzarət operativ və keyfiyyətli şəkildə həyata keçirilir. Bundan əlavə, sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin muxtar respublikaya daxil olduğu ilk andan etibarən maarifləndirilməsi istiqamətində də zəruri addımlar atılıb. Belə ki, sərhəd-keçid məntəqələrində yerləşdirilmiş elektron məlumat köşkləri üzərində müvəqqəti və daimi yaşamaq, olduğu yer üzrə qeydiyyata alınma, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı məlumatlar Azərbaycan, rus və ingilis dillərində yazılı və səsli formada muxtar respublikaya daxil olan xarici ölkə vətəndaşlarına təqdim edilir.

Muxtar respublikaya səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə miqrasiya bölmələrinin əməkdaşları tərəfindən operativ qaydada şifahi olaraq hüquq və azadlıqları, vəzifələri ilə bağlı mühüm məlumatlar verilir, miqrasiya qanunvericiliyi ilə bağlı yarana biləcək istənilən çətinlik qarşısında müraciət etmə qaydaları ətraflı izah olunur. Həyata keçirilən məqsədyönlü tədbirlər hesabına bu gün muxtar respublikada miqrasiya sahəsində baş verə biləcək qanun pozuntuları minimum həddə çatıb.

Muxtar respublikada siyasi sabitlik, mövcud təhlükəsizlik mühitinin yaradılması, miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən mühüm işlər, burada yaşamaq, işləmək, təhsil almaq, xüsusilə də Azərbaycan vətəndaşı olmaq arzusunda olanların sayını ildən-ilə artırmaqdadır. Qeyd etmək lazımdır ki, aparılan uğurlu və məqsədyönlü siyasət vaxtilə respublikanı tərk edib digər dövlətlərə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtması tendensiyasına müsbət təsir edib. Reallaşdırılan tədbirlərin məntiqi nəticəsi olaraq, Azərbaycan vətəndaşlığına qəbul və vətəndaşlığı bərpa edilənlərin sayı ildən-ilə artmaqdadır.

Elektron informasiya resursları formalaşdırılıb

Ötən dövrlər ərzində xidmətin maddi-texniki bazası və infrastrukturu inkişaf etdirilib, fəaliyyətinin genişləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib, elektron informasiya resursları formalaşdırılıb. Belə ki, sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyəti təmin edilib və ölkəyə daxil olan əcnəbilərin qeydiyyata alınmaları üçün lazımi şərait yaradılıb. Mehmanxanalarla Dövlət Miqrasiya Xidməti arasında “Elektron hökumət portalı” üzərindən elektron sənəd dövriyyəsinin aparılması ilə də ölkəyə gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması proseduru sadələşdirilib.

Müasir dövrün çağırış və tələblərinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində mövcud xidmətlərin yeni formada, təmassız, onlayn rejimdə tətbiqinin genişləndirilməsi məqsədilə konkret sahələr üzrə 9 xidmət növünü əhatə edən “Elektron hökumət” formalaşdırılıb. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda, ölkə vətəndaşlarının istifadəsinə verilən həmin xidmət növləri, əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşaması, müvəqqəti olma müddətinin uzadılması, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, miqrasiya orqanlarına işə qəbul, dövlət rüsumlarının və cərimələrin onlayn ödənilməsi ilə bağlı sahələri əhatə edir.

Bu gün miqrasiya sahəsi üzrə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında mühüm rol oynayan elektron xidmətlərdən biri də xidmətin rəsmi internet səhifəsidir. Üç dildə fəaliyyət göstərən, eyni zamanda ötən dövr ərzində funksionallıq və dizayn baxımından tamamilə yenilənərək müasir standartlara cavab verən rəsmi internet səhifəsində miqrasiya məsələləri ilə bağlı yaranan bütün suallara tam və obyektiv cavab tapmaq mümkündür. Elektron xidmətlərin göstərilməsi zamanı vətəndaşların müraciət etmək hüququnun təmin edilməsi məqsədilə yaradılmış 202 - Miqrasiya Məlumat Mərkəzinin rolunu da xüsusi qeyd etmək lazımdır. Məlumat Mərkəzinin fəaliyyəti miqrasiya sahəsi üzrə qanunvericilik və sənədlərin icrası ilə bağlı informasiyaları əldə etmək hüququnun təmini baxımından mühüm əhəmiyyətə malikdir.

Dövlət Miqrasiya Xidməti cari ildən etibarən həm elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması, həm də insanların daha çox sosial şəbəkələrdən informasiya mənbəyi kimi istifadəsini nəzərə alaraq, onların rahatlığını və məmnuniyyətini təmin etmək, müraciətlərini operativ cavablandırmaq, həmçinin xidmətə müraciətetmə imkanlarını genişləndirmək məqsədilə feysbuk, və instaqram  sosial şəbəkələrində səhifələri yaradılıb. Bununla da sosial şəbəkə istifadəçiləri əlavə vaxt itkisinə yol vermədən Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə əlaqədar operativ olaraq müraciətlər göndərə, həmçinin xidmətin fəaliyyət istiqamətləri üzrə görülən işlərlə yanaşı, hüquqi maarifləndirmə mövzularında məlumatlarla da daha yaxından tanış ola bilirlər.

Bu gün Dövlət Miqrasiya Xidmətində prioritet elan olunan vəzifələrdən biri də zəruri kadr resurslarının formalaşdırılması və kadrların səmərəli fəaliyyətinin təmin edilməsidir. Xidmətdə çalışan hər bir əməkdaşın peşəkar dövlət qulluqçusu kimi formalaşması, həm nəzəri, həm də praktiki biliklərinin artırılması, beynəlxalq təcrübəyə yiyələnməsi, həmçinin fərdi qulluq keyfiyyətlərinin və fəaliyyətinin nəticələrinin obyektiv qiymətləndirilməsi daim diqqətdə saxlanılır. Belə ki, muxtar respublikada miqrasiya sahəsinin inkişafına öz töhfələrini verənlərin əməyi hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Təbii ki, göstərilən yüksək etimad və davamlı qayğı hər zaman dərin minnətdarlıq hissi ilə qarşılanıb, xidmət əməkdaşlarını daha da ruhlandıraraq peşəkarlıq səviyyəsinin artmasına stimul verib.

Maarifləndirici tədbirlər davam etdirilir

Əcnəbilərin muxtar respublikada rahat və təhlükəsiz hərəkət etmələrinin əsasında həm də maarifləndirmə tədbirləri dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları çalışmalıdırlar ki, əcnəbilər qanunlara əməl etməklə yanaşı, həm də Azərbaycan Respublikasının tarixini, mədəniyyətini və dilini də öyrənsinlər”.

Fəaliyyət istiqamətlərində Ali Məclis Sədrinin tapşırıq və tövsiyələrini rəhbər tutan Dövlət Miqrasiya Xidməti əcnəbi və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsinə, eləcə də muxtar respublikamızın tarixi, mədəniyyəti ilə bağlı məlumatlar əldə etmələrinə daim xüsusi diqqət göstərir. Belə ki, muxtar respublikada müvəqqəti olan və yaşayan, əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin iştirakı ilə müxtəlif maarifləndirmə tədbirləri keçirilir, onların tarixi abidələrə, muzeylərə və turizm obyektlərinə ekskursiyaları təşkil olunur. Tədbirlərdə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə xidmət tərəfindən hazırlanmış bukletlər təqdim olunur ki, bu da birbaşa onların maariflənməsinə, hüquq və vəzifələri ilə bağlı məlumatlı olmalarına xidmət edir. Həyata keçirilən tədbirlər bu gün miqrasiya sahəsində baş verə biləcək qanun pozuntularının xeyli azalması ilə nəticələnib.

İnsan hüquq və azadlıqlarının qorunması və təminatına daim diqqətlə yanaşılır

Muxtar respublikada insan hüquq və azadlıqlarının qorunması və təminatına xüsusi diqqətlə, həssaslıqla yanaşılır və bu istiqamətdə görülən işlər beynəlxalq standartlar səviyyəsinə çatdırılıb. Lakin bütün hallarda qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri diqqətdə saxlanılan prioritet məsələdir. Dövlət Miqrasiya Xidməti ona həvalə edilmiş səlahiyyətlər çərçivəsində muxtar respublikanın təhlükəsizliyini təmin etmək üçün qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, tənzimlənməyən miqrasiya proseslərinin mənfi təsirinin qarşısının alınması istiqamətində ciddi addımlar atır, miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxır, habelə zəruri hallarda qanunvericiliyi pozmuş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində tədbirlər görür.

Dövlət Miqrasiya Xidməti həm də insan hüquq və azadlıqlarının, toxunulmazlıqlarının qarantıdır. Muxtar respublikanın paytaxt şəhərində yerləşən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti burada insan amilinə verilən yüksək dəyərlə yanaşı, həm də miqrantlara göstərilən qayğının növbəti təzahürüdür. Mərkəzdə könüllü və məcburi saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə hər cür lazımi şərait yaradılıb.

Dövlət Miqrasiya Xidməti qarşıya qoyulan vəzifələri uğurla icra edir

Mayın 31-də yaradılmasının 11 ili tamam olan Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti muxtar respublikamızın inkişafı və tərəqqisi naminə Ali Məclis Sədrinin həyata keçirdiyi ardıcıl və sistemli tədbirlərə öz töhfəsini vermək üçün qarşıya qoyulan bütün vəzifələri uğurla icra edir. Görülən işlər, əldə edilən yüksək nəticələr bir daha deməyə əsas verir ki, hər zaman xalqa, dövlətə və dövlətçilik ənənələrinə sadiq olan xidmətin kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələrin layiqincə icrası üçün bütün səy və bacarığını əsirgəməyəcəkdir.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib