Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar respublikadakı dinamik iqtisadi artım əhalinin sosial rifahını təmin edib

Muxtar respublikadakı dinamik iqtisadi artım əhalinin sosial rifahını təmin edib

Naxçıvan, 23 sentyabr, AZƏRTAC

Əhalinin sosial rifah halının yüksəlişinə nail olmaq həyata keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biridir. Bu baxımdan iqtisadi artımın yüksələn dinamikasını qoruyub saxlamağa xidmət edən bir çox mühüm tədbirlər həyata keçirilir. Dünya bazarındakı qeyri-müəyyənliyə və mürəkkəb iqtisadi şəraitə baxmayaraq, ölkəmizdə və onun tərkib hissəsi olan muxtar respublikamızda iqtisadi inkişafın yüksələn tempi əhali gəlirlərində də hiss olunmaqdadır. Naxçıvanda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və səmərəli məşğulluğun təmin olunması sahəsində aparılan dövlət siyasəti də bu məqsədə xidmət edir.

Naxçıvan Muxtar Respublikasının stabil iqtisadi artım tempi iqtisadi inkişafın ən mühüm göstəricilərindən biri olan ümumi daxili məhsulun həcmində özünü göstərir. Belə ki, 2017-ci ilin yanvar-avqust aylarında muxtar respublikada 1 milyard 705 milyon 749 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.

Bəhs olunan dövrdə muxtar respublikanın sosial-iqtisadi inkişafının digər göstəricilərinə nəzər saldıqda görürük ki, regionda sənaye, kənd təsərrüfatı, tikinti-quruculuq, xarici ticarət, bank-kredit və xidmət sahələrində də artım dinamikası təmin olunub, əhali gəlirlərində yüksəliş templəri qorunub saxlanılıb. Belə ki, cari ilin yanvar-avqust ayları ərzində muxtar respublikada əhalinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 1 milyard 189 milyon 760 min 200 manat, onun hər bir nəfərə düşən məbləği isə 0,2 faiz artaraq 2642,2 manat təşkil edib. Bu dövr ərzində muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 414,3 manat təşkil edib ki, bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox olub.

Əhali gəlirlərinin formalaşmasında ən mühüm amillərdən biri sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yeni iş yerlərinin yaradılmasıdır. Məhz bu baxımdan Naxçıvan Muxtar Respublikasında azad sahibkarlığın dəstəklənməsi, kiçik və orta sahibkarlığa göstərilən qayğı ötən dövrdə də yerli istehsalın stimullaşdırılmasına, məşğulluğun səviyyəsinin artırılmasına və əhalinin gəlirlərinə öz təsirini göstərib. Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanlarının davamlı olaraq yaxşılaşdırılması nəticəsində 2017-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 21 milyon 52 min 500 manat məbləğində kreditlər verilib. Verilmiş kreditlərin 3 milyon 82 min 400 manatı və yaxud 14,6 faizi qısamüddətli, 17 milyon 970 min 100 manatı və yaxud 85,4 faizi uzunmüddətli kreditlər olub. Belə səmərəli kreditləşmə mexanizminin təmin edilməsi ilə regionumuz üçün çox mühüm olan yeni istehsal və xidmət sahələrinin yaradılması və bunun da nəticəsində əhali gəlirlərinin artırılması reallaşıb. Nəticədə, əldə edilən davamlı iqtisadi sabitlik uzaq perspektivə yönəlmiş stabil inkişafın zəmanətçisi kimi özünü göstərir.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Yeni iqtisadi şəraitdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında çoxşaxəliliyin təmin olunmasında sənaye sahəsi öncül yerdə qərarlaşıb. Yeni texnologiyadan istifadə ilə yerli resurslardan daha səmərəli istifadə olunmasında sənaye sahələrinin inkişaf etdirilməsi öz bəhrəsini verməkdədir. Belə ki, cari ilin yanvar-avqust aylarında sənaye üzrə 708 milyon 256 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 1,4 faiz çoxdur.

Kənd təsərrüfatı muxtar respublika əhalisinin əsas məşğuliyyət sahələrindən biridir. Naxçıvan Muxtar Respublikasında əkin sahələrindən səmərəli istifadə olunması və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2017-ci ilin yanvar-avqust aylarında 279 milyon 334 min 800 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 3,6 faiz üstələyib. Bu dövrdə muxtar respublika üzrə diri çəkidə 13 min 192 tondan çox ət, 66 min 50 tondan çox süd istehsal edilib ki, bu da bir il öncəki göstəricilərlə müqayisədə müvafiq olaraq ət istehsalı üzrə 3,2 və süd istehsalı üzrə isə 7,3 faiz artım deməkdir.

İqtisadi inkişafın mühüm göstəricilərindən biri də xarici ticarətin həcmidir. Məhz aktiv xarici ticarət hesabına əldə olunan müsbət saldo ölkəmizin valyuta ehtiyatlarının artmasına və iqtisadi təhlükəsizliyin təmin olunmasına imkan yaradır. Naxçıvanın ixrac imkanlarının artırılması istiqamətində görülən tədbirlər sahibkarlar qarşısında geniş imkanlar açıb. Nəticədə, 2017-ci ilin yanvar-avqust aylarında muxtar respublikada 304 milyon 838 min 500 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri son bir il ərzində 1,2 faiz artaraq 284 milyon 341 min 600 ABŞ dolları, idxalın dəyəri 27,1 faiz azalaraq 20 milyon 496 min 900 ABŞ dolları təşkil edib, 263 milyon 844 min 700 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Görülən tədbirlər, həyata keçirilən irimiqyaslı layihələr muxtar respublikamızın iqtisadi potensialının artırılması ilə paralel olaraq özünü insanların rifah halının yüksəldilməsində də göstərir. İndi Naxçıvanın iqtisadiyyatı yerli əhalinin və regiona səyahət edən yüz minlərlə turistin hər cür tələbatlarını ödəyə biləcək gücdədir. 1 avqust 2017-ci il tarixə Naxçıvanda yaşayan əhali sayının bir il öncəsinə nisbətdə 0,9 faiz artaraq 451 min nəfəri ötməsi və cari ilin yanvar-avqust aylarında muxtar respublikaya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox, yəni 243 min nəfərdən artıq turistin gəlməsi dediklərimizi bir daha təsdiq edir.

Bütün bunlar Naxçıvan Muxtar Respublikasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi, iqtisadi inkişaf nəticələrinin sosial və humanitar sahəyə transformasiya etdirilməsi nəticəsində mümkün olub.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb