Nadir yuxu vəziyyəti şüurun sirlərinə işıq sala bilər - TƏDQİQAT
Bakı, 2 sentyabr, AZƏRTAC
Elm adamları yuxuda qeyri-adi bir şüur vəziyyətini – “obyektsiz yuxu təcrübəsi”ni araşdırırlar. Bu halda insan yuxudadır, amma heç bir xəyal, obraz və ya düşüncə yoxdur, yalnız “xəbərdar olma” hissi qalır. Bu fenomen qədim Şərq fəlsəfi ənənələrində, xüsusən Advaita Vedanta və Tibet buddizmində təsvir olunub. Onlar bunu “saf şüur” vəziyyəti kimi izah edirlər. Müasir tədqiqatlar da bu təcrübələrin real ola biləcəyini göstərir.
AZƏRTAC “sciencealert.com” saytına istinadla xəbər verir ki, 573 nəfər üzərində aparılan sorğuda bəzi insanlar yuxuda yalnız nəyinsə fərqinə vardıqlarını hiss etdiklərini bildiriblər. 18 iştirakçı ilə dərin müsahibələr aparılıb və onlar bu halı “boşluq”, “heçlik” və ya “eqonun əriməsi” kimi təsvir ediblər. Bəzi təcrübələr meditasiya və ya “yuxu yoqası” ilə oxşarlıq göstərsə də, bu fenomen meditasiya etməyənlərdə də müşahidə olunub.
Yeni eksperimentdə tədqiqatçılar meditasiya, vizuallaşdırma və aydın yuxu texnikalarını birləşdirən metodu sınayıblar. Elektroensefaloqrafiya cihazı göstərib ki, bu vəziyyət digər yuxu zamanı da baş verə bilər. Alimlər hesab edirlər ki, bu nadir yuxu halı şüur haqqında nəzəriyyələrə yenidən baxmağa kömək edə bilər. Çünki burada insan heç bir obyekt və ya düşüncə olmadan da şüurlu ola bilir.
Bu tapıntılar şüurun yalnız “nəyinsə fərqində olmaq”dan ibarət olmadığını, bəzən sadəcə “xəbərdar olma” şəklində də mövcud ola biləcəyini göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]