Naftalanda olan xarici qonaqlar "Qaşaltı nar bağları"na baxış keçiriblər
Naftalan, 7 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Oktyabrın 7-də “Naftalan-Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Beynəlxalq Turizm Mərkəzinin İnkişaf Strategiyası” mövzusunda keçiriləcək Beynəlxalq elmi-praktik konfransın birinci günündə tədbir iştirakçıları proqram çərçivəsində "Qaşaltı nar bağları"da olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar Qaşaltı kənd ərazisindəki Nar bağına səfər edib, iştirakçılara kəndin turizm potensialı haqqında ətraflı məlumat verilib.
Daha sonra qonaqların Suqovuşana səfəri planlaşdırılır.