Namiq Əliyev növbəti dəfə Dünya Güləş Birliyinin Büro üzvü seçilib
Bakı, 10 sentyabr, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda Dünya Güləş Birliyinin (UWW) konqresi keçirilib.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, iclasda UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev, baş katibi Nəsimi Musayev və İcraiyyə Komitəsinin üzvü Vasif Məmmədov iştirak ediblər.
Tədbirdə bir çox məsələlərlə bağlı müzakirələr aparılıb, o cümlədən UWW-nin İcraiyyə Komitəsinə seçkilər keçirilib. N.Əliyev növbəti dəfə ali qurumun Büro üzvü seçilib.
Qeyd edək ki, İcraiyyə Komitəsinin üzvləri qarşıdakı 6 ildə bu vəzifədə fəaliyyət göstərəcəklər.