“Nar Mobile” “Irshad Electronics” ilə birlikdə daha bir kampaniyaya başlayıb
Bakı, 23 fevral, AZƏRTAC
“Nar Mobile” öz tərəfdaşı olan “Irshad Electronics” ilə birlikdə daha bir kampaniyaya start verib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində, ayda 9 AZN ödəyərək “Irshad Electronics”dən “Alcatel D5” smartfonu əldə edən hər kəsə içində bonuslar olan pulsuz Nar nömrəsi hədiyyə olunur.
Nömrə ilə birlikdə abunəçilər yarım il boyunca 100 AZN dəyərində şəbəkədaxili danışıq və aylıq 100 Mb internet trafiki qazanır. Bonusu aktivləşdirmək üçün hər ay balansı 5 AZN dəyərində artırmaq kifayətdir.
Əlavə məlumatı “Nar Mobile” mobil operatorunun rəsmi internet səhifəsindən əldə etmək olar: https://www.narmobile.az/pages/default/pageName=campaigns_catalog&id=1285/
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]