NARKOMANİYA ƏLEYHİNƏ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Narkomaniyaya qarşı Gəncə regional mübarizə mərkəzi əməkdaşlarının, narkoloji dispanserin həkimlərinin və ali məktəb tələbələrinin iştirak etdikləri tədbirdə natiqlər dövlətimizin “ağ ölümə” qarşı məqsədyönlü tədbirlərindən, bu sahədə gənclər təşkilatlarının üzərinə düşən vəzifələrdən danışmışlar.
Axırda dəyirmi masa iştirakçıları respublika gənclərinə müraciət qəbul etmişlər.