Narkomaniya ilə bağlı yeni maarifləndirici sosial çarx 200-dən çox avtobusda nümayiş olunur
Bakı, 8 iyul, AZƏRTAC
Narkomaniya ilə bağlı xüsusi şüarlardan hazırlanmış yeni maarifləndirmə xarakterli sosial çarx avtobuslardakı monitorlarda nümayiş olunur.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildiriblər.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Nəqliyyat Agentliyinin birgə əməkdaşlığı çərçivəsində profilaktik tədbirlərin səmərəliliyini artırmaq məqsədilə narkomaniya ilə bağlı xüsusi şüarlardan hazırlanmış yeni maarifləndirmə xarakterli sosial çarx “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin 200-dən çox avtobusunun mövcud monitorlarında nümayiş etdirilir.