Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Bakı, 23 iyun, AZƏRTAC
Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Mingəçevir şəhər sakini İlyas Hüseynov “Ford” markalı avtomobili idarə edərkən işıq cihazlarından düzgün istifadə etmədiyi üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı İ.Hüseynovun narkotik maddə qəbul etdiyi müəyyən olunub. Məhkəmənin qərarı ilə İ.Hüseynov 15 gün müddətində inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonra da ən kəsərli tədbirlərin görüləcəyini bildirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 23.06.2026 [11:38]
Ötən gün 57 cinayətin açılması təmin olunub
- 23.06.2026 [11:31]
“YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayıb
- 23.06.2026 [10:46]
DSMF BSTA-nın daha bir Mükəmməllik Sertifikatına layiq görülüb
- 23.06.2026 [10:39]
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir VİDEO
- 23.06.2026 [10:28]