NATO ölkələrinin xarici işlər nazirləri Ukrayna və Kosovodakı vəziyyəti müzakirə edəcəklər
Bakı, 31 may, AZƏRTAC
Ukrayna və Kosovodakı vəziyyət NATO ölkələrinin xarici işlər nazirlərinin Osloda keçiriləcək ikigünlük görüşünün əsas mövzuları olacaq.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, çərşənbə günündə başlayacaq görüş qeyri-rəsmi xarakter daşıyır, ona görə də onun proqramının qalan hissəsi rəsmən elan edilməyib. Lakin Brüsseldəki diplomatik mənbələr və Avropa KİV-in məlumatına görə, iştirakçılar, həmçinin alyansın iyulda Vilnüsdə keçiriləcək sammitinə hazırlıq və hərbi xərclərin artırılması məsələlərini müzakirə edəcəklər.
“Politico” qəzetinin yazdığına görə, görüşdə, hərbi münaqişə səbəbindən alyansa daxil ola bilməyən Ukraynaya Vilnüs sammitində nə vəd edilə biləcəyi məsələsi də diqqətdə olacaq.
Görüş zamanı NATO-nun Ukraynaya gələcək hərbi yardımı da müzakirə ediləcək. 2022-ci ilin fevral ayının sonundan indiyədək alyansın heç bir iclası bu mövzu müzakirə olunmadan keçirilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]